Ölkə

Aşıq Əli qohumunun qətlinə şahid olub - MƏHKƏMƏDƏ QALMAQAL

14 İyul 2017 16:16
2 Şərh     Baxış: 6 178

Toyda spirtli içki qəbul edərək keçmişdə ədavətli olduğu Aşıq Əlinin qohumunu qətlə yetirməkdə təqsirləndirilən Vüsal Nemətovun cinayət işi üzrə məhkəmə davam edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Mirzəxan Balayev bildirib ki, toyda Vüsal Nemətovla eyni stolda oturub:
 
"Oturmuşduq, yeyib-içirdik. Toyda rəhmətlik Fəxri bir dəfə stolumuza yaxınlaşıb bizimlə salamlaşmışdı. Bir müddət keçdi, gördüm Vüsal yoxdur. Dedim yəqin çölə çıxıb. Bir də gördüm ki, dava düşüb. Getdik gördük ki, Vüsal Fəxrini bıçaqlayıb". Şahid qeyd edib ki, Vüsalla Fəxri arasında 3-4 ilin münaqişəsi olub:
 
"Səbəbini bilməsəm də, bir-biri ilə düşmənçilikləri vardı. Toy vaxtı da Fəxri əldə-ayaqda idi".
 
Şahid Anar Mütəllimov da toy da iştirak edənlərdən olub. O, ifadəsində qeyd edib ki, Vüsalla eyni masada oturub: "Arxam hadisə olan yerə idi. Mən çönüb baxanda camaat ayaq üstə idi. Qaçıb ora gedəndə gördüm ki, Fəxrinin köynəyi qandır. Onda bildim ki, Vüsal Fəxrini vurub. Əvvəldən bilirdim ki, Fəxri söyüş üstündə Vüsalı döyüb".
 
Hakim bildirib ki, bu işdə şahid qismində Aşıq Əlinin (Tapdıqoğlu) adı keçir: "O, bizə məktubla müraciət edib ki, hazırda Rusiyadadır. Həmin toyda saz ifa edib. Lakin məhkəməyə gələ bilmir. Ölkədə olmadığını əsas gətirərək istintaqa verdiyi ifadənin elan edilməsini istəyib".
 
Əlavə şahid qismində Əli Əşrəfov da dindirilib. O, bildirib ki, 4 il qabaq Fəxrinin Vüsalı döydüyünün şahidi olub: "Kafedə oturmuşduq. Səs-küy vardı. Vüsal möhkəm danışırdı. Fəxri Vüsaldan yavaş danışmasını istədi. Aralarında mübahisə yarandı. Fəxri Vüsalı çölə çıxartdı. Bir müddət sonra səs-küy qalxdı. Vüsalın başı partlamış, burnu qırılmışdı. Ondan sonra Vüsal deyirdi ki, Fəxri ilə aralarında kin qalıb. Fəxri Vüsalı harda görsə onu döymək istəyirdi".
 
Zərərçəkmiş şəxsin hüquqi varisi şahidin ifadəsinə etiraz edib: "Nəyisə danışanda vicdanla danış. Orda Vüsalı bıçaq çıxartdığı üçün döyüb. Sən burda indi guya kimisə qoruyursan. Allahın olsun, vicdanla danış". Şahid isə Vüsalın əlində bıçaq görmədiyini, nə görübsə onu danışdığını deyib.
 
Məhkəmə istintaqı tamamlanıb. Söz dövlət ittihamçısına verilib. Prokuror çıxışı zamanı məhkəmədən Vüsal Nemətovun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi prokurorun çıxışından narazı olduğunu deyib: "Ömürlük cəza istəyirəm. Mənim oğlum ömürlük getdi".
 
Məhkəmə prosesi iyulun 19-da davam edəcək.

Qeyd edək ki, qətl ötən il Qobustan rayonunun Divanlı qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbədə keçirilən toy zamanı 1979-cu il təvəllüdlü Kərimov Fəxri Kamal oğlu mərasimə dəvət olunan Nemətov Vüsal Ağa oğlu tərəfindən bıçaqlanıb. Ağır yaralanan F.Kərimov Mərkəzi Klinikaya yerləşdirilib və orada dünyasını dəyişib. Bildirilib ki, Vüsal Nemətovla Fəxri Kərimov arasında 2013-cü ildən ədavət olub. Belə ki, idmançı olan Fəxri Kərimov Vüsal Nemətovu döyüb. 2016-cı ildə toy mərasimində Vüsal Nemətov spirtli içki qəbul edərək toy zamanı bıçağı Fəxri Kərimova vurub. Vüsal Nemətov əvvəllər də qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirli bilinərək məhkumluq həyatı yaşayıb. Onu da qeyd edək ki, qətlə yetirilən F.Kərimov Aşıq Əlinin (Tapdıqoğlu) yaxın qohumudur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Usaglarimin anasi · 14 İyul 17:0311

    Ay milli .az.qobustan rayonu getmir. Qaradag rayonu qobustan qesebesi( qesebeye divanli da ) deyirler .

    Cavab yaz
  • Anonim
    tcb · 14 İyul 20:4610

    Awiq Eli de adi saz calandir da. yuksek vezifeli dovlet memuru deyil ki?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.