Ölkə

İlqar Mikayıloğlunun vəziyyəti ilə bağlı ATV-dən AÇIQLAMA

14 İyul 2017 15:49
21 Şərh     Baxış: 24 147

Xəbər vermişdik ki, aparıcı İlqar Mikayıloğlunu çəkiliş zamanı ilan sancıb.

Füzuli rayonu Haramı düzündə verilişin çəkilişi zamanı ilan sancıb və o, dərhal hospitala aparılıb.

Milli.Az xəbər verir ki, a24.az  "ATV" telekanalının İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimovla əlaqə saxlayıb:

"Yeni mövsümdən yayımlanacaq "İlqarla bir gün" adlı verilişin kollektivi pilot çəkilişi üçün Füzuli rayonunun Haramı düzü adlanan yerində olub. Aparıcını çəkiliş zamanı su ilanı sancıb. Təcili tibbi yardım çağırılıb və onlar önləmalıcı iynə vurub gediblər. Hazırda vəziyyəti yaxşıdır, həyati təhlükəsi yoxdur. İlk anlar ilan sancma xəbərindən həyəcanlanan İlqar Mikayıloğlunun xanımı Zülfiyyə xanım vəziyyətinin ağır olduğunu bildirib. Amma heç bir həyati təhlükəsi yoxdur, bir qədər özünə gəldikdən sonra çəkilişləri davam etdirəcəklər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

21 Şərh:

  • Anonim
    Aze_Boy · 14 İyul 15:54151

    ortada ilan falan yoxdur bunlar hamisi reklamdir,verilisn reytingi uchun inanmayun bele bos seylere

    Cavab yaz
    • Anonim
      nurlana · 14 İyul 16:2070

      duz deyirsiz

      Cavab yaz
    • Anonim
      GƏNCƏLİ AVROPADAN... · 15 İyul 00:0900

      Mənə maraqlıdır ki,Haramidə yayın cırcıramasında su var ki,suda yaşayan ilan olsun.Əgər doğurdan da ilan dişləyibsə,çətin ki su ilanı və ya koramal ola.

      Cavab yaz
  • Anonim
    cavab · 14 İyul 16:2450

    su ilanimence zeherli olmur axi Sadece disleyib Panika yaranibYene de alah komeyi olsun

    Cavab yaz
  • Anonim
    ETIBAR · 14 İyul 16:2620

    Allah özü kömək olsun. Su ilanı zəhərli olmur,onun sancması insan həyatı üçün təhlükəli deyil.Sadəcə yeri ağrıya bilər. Amma onu da deyim ki,ilin bu vaxtında Beyləqanda su ilanı yox ancaq gürzə olur.O qorxuludur.

    Cavab yaz
  • Anonim
    neftçi · 14 İyul 16:3290

    Bülent Ersoy versiyası

    Cavab yaz
  • Anonim
    Muruş · 14 İyul 16:3430

    Bilmirsiz necə gündəmə gələsiz .Su ilanı adam sancmır.yalan yalan yalan

    Cavab yaz
  • Anonim
    İko · 14 İyul 16:4320

    Hə ola bilər

    Cavab yaz
  • Anonim
    A S T R O L O Q · 14 İyul 17:0160

    Su ilani umumiyyetle dislemir

    Cavab yaz
  • Anonim
    Cavad · 14 İyul 17:1500

    Su ilani insani gorende qacir

    Cavab yaz
  • Anonim
    Cavad · 14 İyul 17:1610

    Qaldiki harami duzune orda hec su ilani tapmaq olmaz

    Cavab yaz
    • Anonim
      Məhəmməd · 14 İyul 17:4640

      Qurbağa dişləyib bəlkə?

      Cavab yaz
  • Anonim
    Rony · 14 İyul 18:0110

    Turan məllim, su ilanı sancmır axı. Onun heç zəhəri də yoxdur. Koramal da həmçinin. Allah İlqarın köməyi olsun.

    Cavab yaz
  • Anonim
    111 · 14 İyul 18:0714

    Su ilaninin zeheri gucune gore dunyada 3-cudur, cox tesirli zeherdir, sadece su ilanlari nadir hallarda insana hucum edirler, ve yaxud zeherlerinden ozunumudafie meqsedi ile yox, ovlama meqsedi ile istifade edirler. Sancsa bele yaraya cox az zeher buraxir, ona gore de, zeher guclu olsa bele, az miqdarda olduqu ucun oldurmur insani

    Cavab yaz
    • Anonim
      hnn · 14 İyul 18:1631

      siz dey'n okean ilanidir, haramıda su yoxdur

      Cavab yaz
      • Anonim
        111 · 15 İyul 10:2000

        okean ilani yox, deniz ilani demek istediniz yaqin, o sancsaydi cox pis olardi, men ele su ilanindan danishiram, onlarin quruda yashaya bilmesi ucun yaxinliqda kicik bir bataqliq onlara bes edir

        Cavab yaz
  • Anonim
    Elxan · 14 İyul 18:2830

    Hələ yaxşı ki,su ilanı İlqar Mikayıloğlunu udmayıb.Azərbaycanda 2 növ su ilanı mövcuddur.Biri boz rəngdə başı çox xırda adi su ilanı,o birisi isə qara rəngdə olan iribaşlı su ilanıdır.Bu mövzuda heç kimlə mübahisə edəcək səviyyədə bilgim yoxdur,amma ilanlar haqqında bəhs edilərkən,onları 3 qrupa bölürlər: 1.Zəhərsiz ilanlar, 2.Az zəhərli ilanlar, 3.Zəhərli ilanlar.Mənim bildiyimə görə Azərbaycanda rast gəlinən su ilanlarının hər ikisi zəhərsiz su ilanları növünə aiddirlər.Su ilanlarının zəhərli olması haqqında mən heç vaxt,heç bir məlumata rast gəlməmişəm.Qaldı ki,su ilanının sancmasına,bu çox gülməli ifadədir.Ümumiyyətlə su ilanları çox-çox nadir hallarda insanı dişləyir,əksər hallarda suyun dərinliklərinə enərək guzlənməyi üstün tuturlar.Su ilanı dişləmiş insanda heç bir həyati təhlükəyə rast gəlinməyib.Haramı düzündə su qıtlığı olduğuna görə,orada su ilanının olması az inandırıcıdır.

    Cavab yaz
  • Anonim
    oxucu · 14 İyul 19:0400

    Xəbərlər aparıcısı döndü oldu şouçu. Su ilanı sancır məgər? Bəs orada qaçqınları yerləşdiriblər, onlar necə yaşayırlar orada? Verilişdə yəqin indiki kimi səviyyəsiz bir verilişdir, yəqin heç ora getməyinə dəyməzdi, sadəcə reklamdır reytinq yığmaq üçün!!!

    Cavab yaz
  • Anonim
    Gulya · 14 İyul 20:1000

    Allah komeyi olsun ne deyek bawqa

    Cavab yaz
  • Anonim
    Aaa · 14 İyul 21:3810

    Harami duzunde su ilanida variymiw?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.