Ölkə

İlqar Mikayıloğlunu ilan sancdı - Bakıya gətirilir - TƏFƏRRÜAT - YENİLƏNİB

14 İyul 2017 15:35
10 Şərh     Baxış: 8 454

15:35

Teleaparıcı İlqar Mikayıloğlunu ilan sancıb.

Aparıcının həyat yoldaşı Zülfiyyə Bayramova APA-ya bildirib ki, hadisə Füzuli rayonunun Haramı qəsəbəsində, "İlqarla bir gün" ekstrim verilişinin çəkilişi zamanı baş verib.
 
Onun sözlərinə görə, ilan  İ. Mikayıloğlunu baldır nahiyəsindən sancıb: "Hadisədən dərhal sonra İlqara ilan zəhərinə qarşı zərdab vurulub. Elə ilkin tibbi yardım da çəkiliş üçün ayrılmış təcili tibbi yardım maşınında göstərilib. Həmin vaxt İlqarın vəziyyəti elə də təhlükəli deyildi. Həkimlər dedi ki, ola bilsin, bundan sonra vəziyyəti bir qədər ağırlaşsın".
 
Z. Bayramova qeyd edib ki, İ. Mikayıloğlu təcili tibbi yardım maşını ilə Bakıya gətirilir: "Biz ilanın növünü, zəhərli olub-olmadığını bilmədiyimiz üçün İlqarı Bakıya gətiririk. Hazırda Beyləqan ərazisindəyik".

----------

15:01

Teleaparıcı İlqar Mikayıloğlunu ilan sancıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında İ.Mikayıloğlunun həyat yoldaşı Zülfiyyə Bayramova məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün günorta saatlarında Beyləqan rayonu ərazisində baş verib:

"İlqar yeni veriliş hazırlayır. Həmin verilişin çəkilişi zamanı onu ayağından qəfil ilan sancdı. Beyləqandakı hospitalda İlqara ilkin tibbi yardım göstərildi. Amma həkimlər təhlükəli ola biləcəyindən ehtiyat edirlər. Hazırda "Medi Style" hospitalının təcili yardım avtomobili ilə İlqarı Bakıya gətiririk. Hələlik səhhəti stabildir".

----------

14:33

Tanınmış teleaparıcı İlqar Mikayıloğlunu çəkiliş zamanı ilan sancıb. 

Füzuli rayonu Haramı düzündə verilişin çəkilişi zamanı aparıcını ilan sancıb və o, dərhal hospitala aparılıb. 

Teleaparıcının hazırda xəstəxanaya çatdırılmadığı, onun hələ də yolda olduğu bildirilir. 

Eyni zamanda, hadisə şahidləri İlqar Mikayıloğlunun səhhətinin ağır olduğunu da bildiriblər./big.az

XXX

Milli.Az xəbər verir ki, qafqazinfo hadisə ilə bağlı teleaparıcının xanımı Zülfiyyə Bayramova ilə əlaqə saxlayıb. O, yayılan xəbəri təsdiqləyərək hadisənin bir neçə dəqiqə əvvəl baş verdiyini bildirib:

"Hadisə bir neçə dəqiqə əvvəl baş verib. İndi Haramı düzündəyik. Çəkiliş zamanı İlqarı ilan sancdı. Necə olduğunu bilmədik. İndi ilkin tibbi müdaxilə olub. Hazırda səhhəti bir qədər ağırdır". 

FOTO: Oxu.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

10 Şərh:

  • Anonim
    bakili · 14 İyul 15:0221

    ALLAH komeyi olsun o terefler ilandan boldur yeqin görmeyib tapdalayib ya necese olub sancib. ilan zeherine qarwi zerdab her xestexanada olmur men bilen. Ay ilqar axi senin haramin düzunde ne iwin var yayin bu istisinde ??? camaat bodrumda dincelir sense haramduzunde

    Cavab yaz
  • Anonim
    Qaqa · 14 İyul 15:0221

    Allah kömək olsun AMİNNN

    Cavab yaz
  • Anonim
    rusiyadan · 14 İyul 15:0321

    Allah kömeyinde dursun inwallah ..

    Cavab yaz
  • Anonim
    KAMA · 14 İyul 15:1621

    Allah komeyi olsun,AMIN

    Cavab yaz
  • Anonim
    melek · 14 İyul 15:2422

    insallah tezlikle ayaga qalxar Allah ozu size kopek olsun Ilqar bey Amin

    Cavab yaz
  • Anonim
    Allahın qulu · 14 İyul 16:1821

    İlqar Mikayıloğluna acil şəfa,Elcana da acilən arığlamağını diləyirəm.

    Cavab yaz
  • Anonim
    cavab · 14 İyul 16:1921

    kohne ANS ci olmasi melumdur

    Cavab yaz
  • Anonim
    Huseyn · 14 İyul 17:1901

    Allah wefa versin

    Cavab yaz
  • Anonim
    Cheburashk@(-_-)@ · 14 İyul 17:5301

    Nə gəzirdin çayırda, ilan səni bəyirdə

    Cavab yaz
  • Anonim
    Aze_Boy · 14 İyul 19:0521

    deyirem millet necedi inanir buna Ala reklamdiye buu verilisin reytingi uchun)))) bos seylere inanmiyin bu oyundur

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.