Ölkə

Bakı-Sumqayıt yolunda daha 2 piyada keçidi inşa edildi - FOTO

14 İyul 2017 13:20
0 Şərh     Baxış: 481

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda (Bakı-Sumqayıt yolu) daha 2 metal konsturiksiyalı yerüstü piyada keçidlərinin inşası yekunlaşıb.

"Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, söhbət yolun Masazır qəsəbəsindən keçən 13,7-ci və Ceyranbatan qəsəbəsindən keçən 27-ci km-lik hissələrindəki keçidlərdən gedir.

Hər iki ərazidə keçidlərin inşası başa çatdırılaraq son tamamlanma, dizayn işləri görülür.

Masazır qəsəbəsi ərazisindəki 1 aşırımlı yerüstü piyada keçidinin uzunluğu 53 m, pilləkən hissələr də daxil olmaqla ümumi uzunluğu 81,4 m-dir. Ceyranbatan qəsəbəsində inşa edilən 2 aşırımlı yerüstü piyada keçidinin uzunluğu 40,5 m, piləkən hissələr də daxil olmaqla ümumi uzunluğu isə 69 m təşkil edir.

Metal konstruksiyalı piyada keçidləri dəmir-beton dayaqlar üzərində qurulub. Üstü açıq olan keçidlərin yol səthindən hündürlüyü 5,5 m təşkil edir, qalereyasının eni isə 3 m-dir.  

Hər iki keçidin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaq, sərnişin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi "cib"li  hissələr yaradılacaq, ərazidə lazımi yol nişanları quraşdırılacaq.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.