Ölkə

Maşınla vurulan televiziya əməkdaşının qulağında "nauşnik" olub

14 İyul 2017 12:48
2 Şərh     Baxış: 1 432

Xəbər verildiyi kimi, iyunun 1-də Bakıda "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin əməkdaşını maşın vurub. Hadisə Parlament prospektində baş verib. Axşam saatlarında işdən çıxan Lamiyə Quliyeva yolu keçərkən Bakı şəhər sakini Xamis Ağcayevin idarə etdiyi "Mercedes" markalı avtomobil vurub. Xəsarət alan Lamiyə Quliyeva xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 38 yaşlı Lamiyə Quliyeva dövlət televiziyasında suflyor mütəxəssisi işləyirdi.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisəni törədən Xamis Ağacayev tanınmış rejissordur. O, hadisədən sonra yaralını yaxınlıqdakı Mərkəzi Kliniki Xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə baxış keçirilən zaman məlum olub ki, qəza piyada keçidindən kənarda baş verib. Dövlət Təhlükəsizliyi Xidmətinin qarşısında yolu keçərkən Lamiyə Quliyevanın qulağında qulaqlıq olub. Hadisədən sonra həmin qulaqlıq Xamis Ağacayevin avtomobilinin qabaq alın şüşəsinə ilişib qalıb. Çünki piyada maşınla vurularkən başı qabaq parpresə dəyib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Molla · 14 İyul 13:1910

    burda surucunun hec bir gunahi yoxdu

    Cavab yaz
  • Anonim
    bakili · 14 İyul 14:5710

    bu qulaqciqlari vobwe qadagan etmek lazimdir. Yaniki yol ile gederken kim nauwnike qulaq asirsa tutub 20 manat cerimeseler ondan sonra görum kim qulaqciq taxar.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.