Ölkə

Əsgərliyi bitirib gələrkən qəzada ölən gənclərin VİDEOsu yayıldı

14 İyul 2017 13:12
12 Şərh     Baxış: 3 980

Ötən həftə hərbi xidmətini başa vurub evə qayıdarkən avtomobil qəzasına düşərək ölən əsgərlərin fotolarından ibarət video yayılıb.

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda əsgərlərin ailəsi, dostları ilə və məzuniyyət günündə çəkdirdiyi fotolar yer alıb. Eyni zamanda onların uşaqlıq şəkilləri də videoya yerləşdirilib.

Xatırladaq ki, iyulun 6-da səhər saatlarında Bakı şəhərinin Ələt qəsəbəsi ərazisində - Bakı-Qazax magistralının kənarındakı "SOCAR" yanacaqdoldurma məntəqəsində dəhşətli yol qəzası baş verib.

99 AU 738 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı minik avtomobili magistraldan yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyərkən sürücü idarəetməni itirib və maşın yanacaq doldurmaq üçün dayanmış "Shacman" markalı yük avtomobilinə çırpılıb. Bildirilir ki, hadisə vaxtı minik avtomobilinin sürəti təxminin 130-140 kilometr/saat olub.

Hadisə vaxtı "Daewoo"da olan 1992-ci il təvəllüdlü Hacızadə Rövşən Behbud oğlu və qardaşı, 1991-ci il təvəllüdlü qardaşı Hacızadə Üzeyir Behbud oğlu ilə onların xalası oğlu 1995-ci ildə anadan olmuş Həsənov Həsən Bayraməli oğlu vəfat edib. Maşında olan digər sərnişin, 1995-ci ildə anadan olmuş Qurbanov Nicat İsa oğlu isə ağır xəsarət alıb.

Bildirilir ki, qəzada ölən H.Həsənovla ağır yaralanmış N.Qurbanov hərbi xidməti başa vurub evə gəlirmiş. Belə ki, Hacızadə qardaşları xidməti başa vurmuş qohumlarını götürüb Bakıya gələrkən onun əsgər yoldaşı N. Qurbanovu da özləri ilə gətirmək qərarına gəliblər. Qəzada ölən və ağır yaralanan əsgərlər ali təhsilli olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Əsgərliyi bitirib gələrkən qəzada ölən gənclərin VİDEOsu yayıldı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

12 Şərh:

  • Anonim
    Seva--- · 14 İyul 13:1820

    Allah sebr versin qanim dondu

    Cavab yaz
  • Anonim
    !!! · 14 İyul 13:4520

    Allah rehmet elesin bir ana kimi Allahdan bunlarin anasina sebir dileyirem ureyim parca parca oldu.

    Cavab yaz
  • Anonim
    sena · 14 İyul 13:4620

    ALLAH rehmet elesin ALLAH hamimizi goresi gunlerimizden qorusun

    Cavab yaz
  • Anonim
    Bakim · 14 İyul 13:5030

    Herden fikirlesirem ki goresen Allah niye bu cavanlarin canini bu yawda alir,o qeder pis insanlar var ki,niye bu gencler aramizdan gedir axi olar õlmek istemezdi korpesi olan var arzulari olan var niye Allah tez aldi canlarini.coox pis oldum heyif bu cavanligdan Allah rehmet elesin boyuk derdi

    Cavab yaz
    • Anonim
      .... · 14 İyul 16:5900

      Allah sebr dözum versin..ureyim parçalandi.Allah cavanlara qiymasin .REBBIM butun suruculeri qorusun InşaAllah yoldaşimida hemçinin

      Cavab yaz
  • Anonim
    teselli · 14 İyul 13:5210

    dehset. Allah rehmet elesin

    Cavab yaz
  • Anonim
    melek · 14 İyul 13:5710

    Allah renmet elesin yeriniz mekaniz cennet olsun ruhunuz sad olsun qebriniz nurla dolsun Allahdan ailelerine sebir dileyirem Amin

    Cavab yaz
  • Anonim
    ****** · 14 İyul 14:1810

    Allah rehmet elesin...

    Cavab yaz
  • Anonim
    mələy · 14 İyul 16:0800

    Heyf cox heyf. Allah rəhmət eyləsin. Qəbrləri nurla dolsun. Bu xəbəri oxuyanda adamın ürəyi parcalanır. İndi gör anaları nə vəziyyətdədir. İnsan nə yazacağını bilmir.

    Cavab yaz
  • Anonim
    . · 14 İyul 16:4500

    Allah rəhmət eləsin çox pis oldum

    Cavab yaz
  • Anonim
    QQ · 14 İyul 17:2400

    Adamin ureyi parcalanir baxanda .Damlanin tesirli mahnisinin fonunda qulaq asanda ise lap dehsetdi .Yaziq meler qalan balalarina omurluk hesret qalacaq analarin halina .Nolardi ay bala yavas surerdiniz .Esgerden gelen balanin hesreti ise yeri goyu agladar .Can balalar .

    Cavab yaz
  • Anonim
    CM · 14 İyul 20:3000

    Allah rehmet etsin. Yatdığı yer cennet olsun. Öldüm Allah bele derdi heç kesə gösterme

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.