Ölkə

Jurnalistlər üçün üçüncü binanın təməlqoyma mərasimi keçiriləcək

14 İyul 2017 11:55
Baxış: 262

"Mənzil veriləcək jurnalistlərin namizədliyinin müəyyən olunması zamanı biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirlik bizə hər bir jurnalist haqqında arayış verdi. Həmin arayış bizim işimizə çox yaradı. Məlum oldu ki, bir qrup jurnalistin hesabında bir manat vəsait yoxdur".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib.
 
O qeyd edib ki, redaksiyalarda qanuni əmək müqavilələri olmadığından jurnalistlər aldadılır, aldığı əmək haqqından sosial hesaba ödəniş edilmir: "Bunun əsas səbəbi nədir? Onlar 22 faiz sosial müdafiə vəsaiti ödəməkdən qaçırlar. Ancaq biləsiniz ki, işə götürülən zaman məlumat nazirliyin bazasına daxil olmalıdır. Hər bir jurnalist işlədiyi yerdə öz hüquqlarını tələb etməlidir. Biz növbəti ildən fondun qaydalarına əlavə və dəyişikliklər edəcəyik. Bizdən maliyyələşən qəzetlərdən müqavilələrin surətlərini istəyəcəyik. Qaydalarda o da göstəriləcək ki, gündəlik və həftəlik qəzetdə neçə nəfər işləməlidir. İşçilərin müqavilələrini onlardan tələb edəcəyik ki, bu da jurnalistə böyük kömək olacaq. Elə jurnalist var, 20 ildir çalışır, amma rəsmi olaraq beş il stajı yoxdur. Onlar sonradan bunun zərərini çəkirlər".
 
Vüqar Səfərli qeyd edib ki, iyulun 21-də üçüncü binanın təməlqoyma mərasimi olacaq: "Mən istəyirəm ki, jurnalistlər qeyd etdiyim məsələlərdə diqqətli olsunlar ki, növbəti il bölgüdən kənarda qalmasınlar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.