Ölkə

Öz arvadını kişi ilə görüşdürdü - AZƏRBAYCANDA kuryoz oğurluq

14 İyul 2017 12:11
7 Şərh     Baxış: 3 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oğurluqda təqsirləndirilən Emin Mehdiyev və Namiq Məsimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən hər iki şəxs 3 il müddətə azadlıqdan məhrum edilib. Hakim bildirib ki, təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmişə dəyən ziyan tam şəkildə ödənilib.
 
Xatırladaq ki, prokuror təqsirləndirilən şəxslərin hər birinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Qeyd edək ki, bu il yanvarın 26-da Bakının Binəqədi rayonunda yerləşən mənzil sahibi Ramazan Əsgərov polisə müraciət edərək evində usta kimi işləyən Emin Mehdiyev və onun tanışı Namiq Məsimov tərəfindən 12 min manat pulunun oğurlandığını bildirib. İstintaq sənədlərində var ki, Ramazan Əsgərov evində usta işləyən Emin Mehdiyevə gecəni bir yerdə keçirəcək xanım tapmasını xahiş edib. Emin Mehdiyev də mənzildə külli miqdarda pul olmasından xəbərdar olub. Bu zaman usta tanışı, Namiq Məsimova xəbər verib. Namiq Məsimov da öz həyat yoldaşını Ramazan Əsgərovun evinə gətirib. Ramazan Əsgərov qadınla olan zaman iki tanış evdən 12 min manatı oğurlayıblar. Məhkəmə dövründə isə onlar bunu təsdiq etməyib. Bildiriblər ki, Ramazan Əsgərova yemək bişirmək üçün qadın lazım olduğu üçün Namiq Məsimov öz həyat yoldaşını həmin mənzilə gətirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.