Ölkə

Yol polisi komandiri Bakıda qəza törətdi - Şəxsi avtomobili müşayiət edirmiş

14 İyul 2017 11:47
0 Şərh     Baxış: 997

Bakıda yol polisi əməkdaşı ağır yol nəqliyyat hadisəsi törədib.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, hadisə Bayılda, Bayraq meydanının yanında olub. Belə ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşı, tağım komandiri, baş leytenant Əlizadə Məmmədəli idarə etdiyi 99 YP 350 dövlət nömrə nişanlı maşını meydanın yaxınlığında yol qırağındakı maneəyə çırpıb. Sürücü xəsarət alıb. 

Məlumata görə o, dövlət nömrə nişanı 900 olan şəxsi avtomobili müşayiət edirmiş.

Məsələ ilə bağlı BŞDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovdan açıqlama almaq istəsək də, telefon nömrələinə zəng çatmadı.

Səbail rayon Dövlət Yol Polisi İdarəsindən və Polis İdarəsindən isə belə bir informasiyaya malik olmadıqlarını bildirdilər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.