Ölkə

8-ci hamiləliyi olan ananın ölümü ilə bağlı BÜTÜN HƏQİQƏTLƏR AÇILDI

14 İyul 2017 14:00
12 Şərh     Baxış: 5 473

Dünən Respublika Perinatal Mərkəzində ana ölümü baş verib. Şamaxı rayon sakini, 1984-cüil təvəllüdlü Bəkirova Kəmalə Kazım qızı doğuşdan sonra dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, Respublika Perinatal Mərkəzin direktoru, baş mama-ginekoloq Sevinc Məmmədova publika.az-a açıqlamasında bildirib ki, 34 yaşlı Bəkirova Kəmalə Şamaxı rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə Respublika Perinatal Mərkəzinə müraciət edib: "Səbəb ana ilə bətnində inkişaf edən uşaq arasında qan rezuslarında konflik olmasıdır. Belə ki, ananın qanı mənfi rezus, uşağınkı isə müsbət olub. Buna görə ana bətnindəki uşaqda hemolitik xəstəlik inkişaf edib. Qadın iyulun 10-da mərkəzə daxil olub, bir gün ərzində bütün müayinələr aparılıb, diaqnoz təsdiqlənib. Bu xəstənin hamiləliyinin sonlandırılması qərarına gəlinib. Qanuna uyğun olaraq qadını doğuşa buraxmışıq. 3.7 kiloqramlıq uşaq dünyaya gəlib".
S.Məmmədovanın sözlərinə görə, doğuşdan sonra qadının uşaqlıq divarı nazik olduğu üçün yığılmayıb və bu qanaxmaya səbəb olub: "Qanaxmaya qarşı bütün tədbir görülüb. Lakin uşaqlıq divarını bir yerə toplamaq üçün əməliyyata götürülüb. Əməliyyat zamanı qadının ürəyi dayanıb. Ürəyin fəaliyyəti bərpa edilib, əməliyyat tamamlanıb. Lakin əməliyyatdan bir gün sonra qadın iyulun 12-də 09:25-də ürək dayanmasından dünyasını dəyişib".

S.Məmmədova bildirib ki, bu qadının 8-ci hamiləliyidir: "Qadın 5 dəfə uşaq dünyaya gətirib. Bu doğuşdan iki qızı sağ qalıb, dünyaya gətirdiyi 3 oğlan ölüb. 3 uşağın hamısında ana ilə uşaq arasında qan rezuslarında uyğunsuzluq olub, ona görə də ölüblər. Ana 5 dəfə iri, yəni 4-5 aylıqda abort etdirib. Buna səbəb isə qadının oğlan uşaq dünyaya gətirmək istəyi olub. Axırıncı abortundan sonra həkimlər qadına hamilə qalmaq qadağası qoyublar. Səbəb uşaqlığın divarındakı nazilmədir. Həkimlərin sözlərinə baxmayaraq qadın hamilə qalıb və oğlan uşağı olduğuna görə onu dünyaya gətirmək istəyib. Hamiləliyi 36 həftəyə qədər çatdırıb".

S.Məmmədova qadın əməliyyata girərkən onun ürəyində problem olmadığını, lakin nə üçün ürək dayanması baş verdiyinin araşdırıldığını dedi: "Bütün məlumatlar və meyit təşrih üçün məhkəmə ekspertizasına verilib. Xəstə ürək-damar çatışmazlığından vəfat edib, təşrih nəticələnəndən sonra qadının ürəyində əvvəldən hansı problem olub-olmadığı bəlli olacaq. Sənədlər bizə təqdim ediləndən sonra Doğuşayardım Komissiyasında baxılacaq, rəy veriləcək. Lazımı şəxslər də cəzalandırılacaq. Araşdırma müddətində doğuşda və əməliyyatda iştirak edən tibb işçiləri doğum işindən kənarlaşdırılıblar. Bundan başqa, qadını 12 həftəlikdən sonra əməliyyat edən həkimlərlə bağlı da araşdırma aparılacaq. Hər halda bu məlumatlar kənddəki hər kəsə, ailə üzvlərinə və kənd həkimlərinə bəllidir".

S.Məmmədova uşaqda əvvəldən məlum olduğu kimi hemolitik sarılıq olduğunu deyib: "Ana ilə qan uyğunsuzluğuna görə uşağın qırmırı qan hüceyrələri partlayıb. Ona qan köçürülüb. Vəziyyəti stabildir, lazımı müalicəvi tədbirlər aparılır. Ümumiyyətlə, ana ilə uşaq arasında rezus uyğunsuzluğu hər zaman bu cür nəticələnmir. Qadın vaxtında məsləhətxanaya müraciət etsə, o müayinə edilib, ehtiyac olduğu halda Ruqan dərmanı verilir, xüsusi zərdab vurulur, uşaqlığı, səhhəti imkan verirsə, onun hamiləliyi davam etdirməsinə razılıq verirlər. Lakin qadınlarımız çox zaman hamiləliyi həkimlərdən gizlədir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

12 Şərh:

  • Anonim
    . · 14 İyul 14:0520

    Həmişəki kimi yenə atdilar rəhmətə gedənin üstünə

    Cavab yaz
  • Anonim
    Wirin · 14 İyul 14:1210

    Menim uwaqlarimla menim qanim da uygun gelmir ama wukur prablem olmadi. Mende -1 oglumda +1 qizimda + 2di.

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 14 İyul 14:1551

    Vacibiydi dee mutleq erine oglan dogmaliydu. Axi qonwudan qohumdan dala qalmamalidi. Cahiller. Uwaqlar qaldu bawsiz

    Cavab yaz
  • Anonim
    bakili · 14 İyul 15:1030

    Abort etdirmek en boyuk gunahlardan biri sayilir. ALLAHA xow getmir ona gorede qadin dunyasini deyiwib. ALLAHA qarwi çixmaq olmaz uwaq uwaqdir ferqi yoxdur qiz ya oglan. Wukur ALLAHIN meslehetine. indiki xanimlari hec bawa duwe bilmirem ele hami oglan isteyir qiza nolubki beyem ? ALLAH veren paydida. Qadin taniyiramki uwagin tukune nece illerdirki hesret qalib yaniki doga bilmir. Ona gorede nawukur olmayin qiz uwaglarinizi daha dunyaya göz açmamiw telef etmeyin

    Cavab yaz
  • Anonim
    xxx · 14 İyul 15:2931

    Kişilər uşaq zakas verməyi bilirlər, amma qadını hamiləlik vaxtı tez-tez həkim müayinəsinə aparmağı bilmirlər.

    Cavab yaz
  • Anonim
    Seva · 14 İyul 16:1440

    Kas on dene qizim olsa idi niye qiz deyib oldururler anlamiram eslinde anani mecbur eden kisidir nece defe sahidi olmusam qizdi deyib arvadini aborta suruyen erler var allah veren paydi ona qurban ol sen niye oldurursuz ki sonda da bele facie olur indi olan o iki yetim qiza oldu ata gedib birin alib oturacaq o qizlarda basi qapazli ortada qalacaq

    Cavab yaz
  • Anonim
    Aida · 14 İyul 16:4730

    Allah rəhmət eləsin.

    Cavab yaz
  • Anonim
    Aida · 14 İyul 16:5011

    Qızlar mənimdə qanım 1- di çox narahat oldum birdə deyirlər mənfi qanda birinci uşaq qız oldusa qız ola ola gedir birdə oğlan uşağı olmur. Sizcə bu düzdür?

    Cavab yaz
  • Anonim
    Aidaya · 14 İyul 17:3001

    Eybi yoo sende 5-6defe aborta get oglan olana qeder. Allah agil versin sene oglan manyaki

    Cavab yaz
  • Anonim
    Аyan · 14 İyul 20:1800

    aida hele birsey yoxdu menim qanim menfidi yoldasim musbet bir qizim biir oglum var onunda yollari var ya hamilelikden once zerdab vurmalisan yada hamilelik zamani 2 defe hansi hefdede vurulmagini hekim teyin edir bahali iynedi ama vurdurmalisan men etmisem sukr hersey yaxsidi

    Cavab yaz
  • Anonim
    Aida Ayana · 14 İyul 22:2400

    Çox sağol Ayan xanım. Bilirəm vurdurmuşam o iynələri iki gül kimi qız balam var maşallah. Prosto istəyirlər ailəmizdə bir oğlan da olsun.

    Cavab yaz
  • Anonim
    Elmira · 15 İyul 08:4600

    84-cü ilde 2-ci defe qizim oldugu üçün 2 gün aglamisdim.Men de oglan arzusunda idim.89- cu ilde oglum oldu.Her 3-ü agilli terbiyeli problemsiz bõyüyüb.Amma duzunu deyim ki 2-ci qizim olanda agladigim 2 gunu 32 ildi peşimançiligini aglamaqla çekirem.Allah butun balalari qorusun bextlerini xoş etsin,menimkileri de onlarla beraber Men çox qizi olan analara illerdi ki hesed apariram o analari dunyanin xoşbexti saniram.Qizi olmayan bacisi olmayanlara ise üreyim yanir.Allah heç bir aileni uşaqsiz etmesin .Her iki pay Allahin emanetidi ki valideyinlere qismet edir. Allahin verdiyine şukur etmek lazimdir ki sonda menim kimi peşimanciliq cekib illerle aglamasin. Qizlarim hamile olanda gece gunduz Allaha dua edirdim ki her ikisinin əkiz qizlari olsun.Qurban olum Allaha əkiz olmasa da ikisinin de qizi var.Allah arzusunda olanlara ve ogluma da qismet etsin. Ogul duşmen çəpəridi deyənlər də yanliş fikirdedi.Düşmənə çəpər niyə,neslin davamçisi bacılara arxa dayaq ata anaya õmür sonuna qeder sahib olacaq kişidi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.