Ölkə

Hansı maşınlar təcili texniki baxışdan keçməlidir?

14 İyul 2017 11:34
1 Şərh     Baxış: 1 376

"Rusiya və başqa MDB dövlətləri istisna olmaqla xarici ölkələrdə (Almaniya, Yaponiya, Koreya, ABŞ, Fransa, İran, Çin və s) istehsal olunan minik avtomobillərinin, onların qoşqularının və motosikletlərin illik texniki baxış müddətinin bitməsinə cəmi 17 gün qaldı".

Milli.Az xəbər verir ki, bu barədə yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib.

Ekspert sürücülərə ayın son günlərində növbələrə durmamaq üçün avtomobiləri indidən texniki baxışdan keçirməyi tövsiyə edib: "Verilən məlumata əsasən, baxış məntəqələri hətta şənbə və bazar günləri də adi iş rejimi ilə işləyəcək".

Onun sözlərinə görə, "Yol hərəkəti haqqında" Qanunun 30-cu maddəsinə əsasən, bu il texniki baxışdan aşağıdakı minik avtomobilləri, onların qoşquları və motosikletlər keçirilməlidir:

- 2012-ci ildə istehsal olunanlar;

- 2010-cu ildə istehsal olunanlar;

- 2008-ci ildə istehsal olunanlar;

- 2006-ci ildə və ondan əvvəlki bütün illərdə (2005, 2004, 2003 və s.) istehsal olunanlar.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

1 Şərh:

  • Anonim
    123 · 14 İyul 12:2700

    Inanın 2012 ci il maşınıdır. Servis maşınıdır.Servisdə xidmət olunur. Bu gün getdim texniki baxışa. Hər bir şey də var maşında. Apteçka dayandur işarəsi və köpük balonu.Əraziyə yaxınlaşan kimi 3 dəfə təklif edən oldu gəl birbaşa yazdıraq. Maşınım saz olduğuna görə razı olmadım . Onlar da gülümsədilər. Getdim bütün prosedur qaydalara əməl etdim.Amma rüşvətsiz mümkün olmadı . təəssüf ki maşının texniki vəziyyətinin sazlığı heç bir əhəmiyyət kəsb etmir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.