Ölkə

Elektrik enerjisi almaq üçün texniki şərtlərin verilmə qaydası dəyişdirildi

14 İyul 2017 11:04
Baxış: 1 326
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabineti "İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları"nda dəyişikliklər edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qaydalara edilən yeni əlavəyə əsasən, sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması qaydaları və onlara dair tələblər "Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası" ilə müəyyən edilir.

Hazırda sifarişçi dedikdə enerji təchizatı müəssisəsinin enerji təchizatı şəbəkəsinə qoşulması nəzərdə tutulan tikinti obyektlərinə mülkiyyət (sahiblik) və ya digər əşya hüququ əsasında sahiblik edən hüquqi və ya fiziki şəxs olan istehlakçı başa düşülür.

Qaydalara edilən digər dəyişikliyə görə, sifarişçi dedikdə həm də enerji təchizatı müəssisəsinin enerji təchizatı şəbəkəsinə qoşulması nəzərdə tutulan tikinti obyektlərinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə sahiblik edən hüquqi və ya fiziki şəxs olan istehlakçı da başa düşülür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.