Ölkə

"Nardaran işi"ndə vəkillər təqsirləndirilən şəxslərə bəraət istədilər

13 İyul 2017 18:03
Baxış: 322

Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən, Müsəlman Birliyi adlı təşkilatın sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin bəzilərinin vəkilləri çıxış edərək müvəkkillərinə bəraət verilməsini istəyib.

Proses ilyulun 20-də digər vəkillərin çıxışları ilə davam etdiriləcək.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslər - T.Bağırov və Abbas Hüseynov 20 il, F.Qəhrəmanlı 10, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Ramin Yarıyev 10 il, Zakir Mustafayev, Cahad Babakişizadə, Şamil Abduləliyev, Aqil İsmayılov, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Əskərov, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağızadə isə hər biri 14 il 6 ay azadlıqdan məhrum ediliblər.

T.Bağırov və təşkilatın digər üzvləri - R.Cəbrayılov, Z.Mustafayev, C.Cabbarov, C.Babakişizadə, Ş.Abduləliyev, A.İsmayılov, R.Yariyev, A.Quliyev, İ.Xudaverdiyev, E.İsmayılov, B.Əskərov, Ə.Nuriyev, Ə.Vəliyev, F.Balayev, A.Tağızadə və A.Hüseynov 2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Nardaran qəsəbəsində keçirdikləri əməliyyat nəticəsində saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilmişdi. Əməliyyat nəticəsində 2 nəfər polis əməkdaşı olmaqla, 6 nəfər həlak olmuşdu. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunublar.

Nardaran hadisələrində təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini F.Qəhrəmanlı isə 2015-ci il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.