Ölkə

Texniki baxışla bağlı sürücülərə ŞAD XƏBƏR

13 İyul 2017 17:58
0 Şərh     Baxış: 2 083

İyulun 31-də xaricdə istehsal olunan avtomobillərin texniki baxışdan keçirilməsinin sonuncu günüdür. Vaxtın birməsinə az müddət qalmasına baxmayaraq hələ də texniki baxışdan keçmək üçün avtomobilini müayinə məntəqəsinə aparan sürücülərin sayı çox azdır.

Milli.Az avtosfer.az-a istinadla xəbər verir ki, isti yay günləri, istirahətə gedən insanlar və iş prosesi bəzi sürücülərin işini çətinləşdirir. Baş Dövlət Yol Polisi İdarəsi bunu nəzərə alaraq texniki baxışla bağlı iş qrafikini dəyişib.
 
Belə ki, artıq sürücülər həftənin şənbə və bazar günləri də öz avtomobilini texniki baxışdan keçirə bilərlər. Burada da heç bir məhdudiyyət olmayacaq. Çünki şənbə-bazar günləri də texniki baxış məntəqələri səhər saat 09:00-dan, axşam saat 18:00-dək işləyəcək.

Odur ki, avtomobilinin istehsal ili 2006, 2008, 2010 və 2012-ci il olanlar, eyni zamanda, 2006-cı ildən əvvəl istehsal olunan bütün xarici minik avtomobilləri bu ayın sonunadək texniki baxışdan keçməlidir.
 
Texniki baxışa təqdim olunan avtomobilin sürücüsü özü ilə birlikdə sürücülük vəsiqəsini, avtomobilin qeydiyyat şəhadətnaməsini (texniki pasportu), icbari sığorta müqaviləsini və etibarnamə ilə sürürsü həmin sənədi təqdim etməlidir. Bundan başqa, avtomobildə odsöndürən balon, dərman qutusu və qəza dayanma nişanı olmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.