Ölkə

İntihar edən idmançımızın telefonundan intihar mesajı tapıldı - RƏSMİ MƏLUMAT

13 İyul 2017 17:39
1 Şərh     Baxış: 2 232

İyulun 4-də Binəqədi qəsəbəsində yaşayan 1999-cu il təvəllüdlü Dünyamalıyev Rəşad Vladislav oğlunun yaşadığı evin həyətində olan turnikdən özünü asaraq öldürməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Bu barədə Milli.Az-a Bakı şəhər Prokurorluğundan bildirilib. Məlumata əsasən, R. Dünyamalıyevin meyitinin xarici müayinəsi zamanı boyun nahiyəsində stranqulyasion şırımdan başqa hər hansı xəsarət aşkarlanmayıb. Hadisə yerinə baxış zamanı meyitin yanında aşkar edilmiş mərhuma məxsus "Samsung" markalı mobil telefona baxış zamanı telefonun ismarıclar bölümündə fon şəkilində özünə qəsd edəcəyi ilə bağlı hamıdan üzr istəməsi barədə anası, bacısı, məşqçiləri və bibisinə ünvanlanmış müraciət müəyyənləşib.
 
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
 
Cinayət işinin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə iş üzrə məhkəmə-tibb, məhkəmə-psixoloji ekspertizaları təyin edilib, R. Dünyamalıyevin ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.
 
İlkin araşdırmalarla müəyyən edilmişdir ki, R. Dünyamalıyev valideynləri və bacısı ilə birlikdə yaşadığı ünvanda səhər saatlarında evdə tək olmasından istifadə edərək intihar edib. Araşdırmalarla həmçinin müəyyən edilmişdir ki, sağlığında R. Dünyamalıyevlə amansız rəftar edən, mütəmadi olaraq ləyaqətini alçaltmaqla hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdıran şəxs olmayıb, eləcə də mərhumun hər hansı şəxsə borcu olmayıb.
 
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
 
Qeyd edək ki, R. Dünyamalıyev sambo üzrə Azərbaycan yığmasının üzvü olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Konul · 13 İyul 19:1100

    Allah rehmet elesin. Men ozum psixoloqam ve bunun fotosunda baxislarindan psixoloji problem oldugunu gorurem

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.