Ölkə

Azərbaycan Silahlı Qüvvələrinin maliyyələşməsi 2017-ci ildə 17-20% artdı

13 İyul 2017 17:38
Baxış: 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Silahlı Qüvvələrinin maliyyələşdirilməsi 2017-ci ildə 17-20% artıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu RİA Novosti agentliyinə müsahibəsində Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib.

Nazir deyib: "Baxmayaraq ki, indi bütün dünya böhran yaşayır, bu böhran bizdən də yan keçməsə də, ölkəmizə elə böyük təsiri olmayıb. Məni müdafiə naziri kimi ordunun maliyyələşdirilməsi maraqlandırır. Ötən il ordunun maliyyələşdirilməsi artıb. Bu il maliyyələşdirilmə 17-20% artıb. Bu onu göstərir ki, Prezident və Ali Baş Komandan İlham Əliyev başda olmaqla, Azərbaycan hökuməti orduya, onun yeni silahlarla təchiz olunmasına böyük diqqət ayırır. Son illər qarşımızda qoyulan vəzifə ordunu modernləşdirmək və gücləndirmək olub".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.