Ölkə

Bakıda ərinin damarını kəsən qadın hakim qarşısına çıxarılır

13 İyul 2017 16:42
Baxış: 714

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərininin ölümünə görə təqsirləndirilən 26 yaşlı Gülər Mirzəyevanın cinayət işi üzrə məhkəmə başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun icraatında olan prosesdə ilkin hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Bəlli olub ki, ali təhsilli olan G.Mirzəyeya Naxçıvan Dövlət Universitetinin filologiya fakultəsinin məzunudur və iki yaşlı övladı var.

G.Mirzəyevanın mərhum əri Şəmsi Babayevin hüquqi varisi kimi atası Qnyaz Babayev tanınıb. Onun vəkili Bəxtiyar Hacıyev vəsatət verərək Gülərin qətli tək yox, atası və qardaşı ilə birgə törətdiyini deyib. Buna görə də cinayət işinin istintaqa qaytarılmasını istəyib. Vəsatət təmin edilməyib. Proses iyunun 21-də davam etdiriləcək.

Qeyd edək ki, 2016-cı il noyabrın 7-də Maştağa kəndində yaşayan Gülər Mirzəyeva həyat yoldaşı 32 yaşlı Şəmsi Babayevlə mübahisə zəminində ərinə bir neçə bıçaq zərbəsi vurub. Zərbələrdən biri ərinin şah damarına dəyib və o, qan itirmədən dünyasını dəyişib.

G.Mirzəyeva adam öldürməkdə deyil, sağlamlığa ağır zərər vurmaqla ölümə səbəb olmaqda təqsirləndirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.