Ölkə

Tağı Əhmədovdan Çovdarovun sensasion iddialarına dair AÇIQLAMA

13 İyul 2017 16:00
4 Şərh     Baxış: 2 791

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov haqqında səsləndirdiyi iddialara eks metropoliten rəisi münasibət bildirib.

Milli.Az xəbər verir ki, Tağı Əhmədov bizimyol.info-ya açıqlamasında iddiaların yalan olduğunu bildirib: "Əl çəkin, imkan verin işimi görüm. Çovdarov yalan danışır. Nə danışır mənə aidiyyatı yoxdu. Məni narahat eləməyin".

Qeyd edək ki, Akif Çovdarov məhkəmədə ifadəsi zamanı ölkədə şok yaradacaq faktlar açıqlayıb. Akif Çovdarov Tağı Əhmədovun metropoliten rəisi olduğu vaxt ölkə büdcəsindən pullar mənimsədiyi, ölkə daxilində və xaricində küllü miqdarda pullarının, obyektlərinin, ticarət mərkəzlərinin olduğu siyahı təqdim edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Elşən · 13 İyul 16:1050

    Akifdən əvvəl elə Tağını həbs etmək lazımdı

    Cavab yaz
  • Anonim
    kate · 13 İyul 16:5900

    Düz deyir də kişi kim bilmir ki Tağının nəyi var

    Cavab yaz
  • Anonim
    Elşən Məmmədov · 13 İyul 18:2800

    Tagı müəllimə sual: Yoldaşınızın adına Qazaxda tikilən otel kimindir??Mənim???

    Cavab yaz
  • Anonim
    Alimardan · 13 İyul 20:4200

    Vezifede oldunsa hokmen yeyintiye yol vermelisen . Bu ganundur. Bunu pozmag olmaz.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.