Ölkə

İntihar edən şəxsin kimliyi müəyyən olundu

13 İyul 2017 15:50
0 Şərh     Baxış: 716

İyulun 7-də sirkə turşusu içərək Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən və 2 gün sonra dünyasını dəyişən kişinin şəxsiyyəti müəyyən olunub.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu, 1958-ci ildə anadan olmuş Saydakov Vitislav Urufoviç imiş. O, bir müddət əvvəl Rusiyadan deportasiya edilibmiş və sərgərdan həyat tərzi sürürmüş.

Xatırladaq ki, 6 gün əvvəl axşam saatlarında Salyan şəhərinin Qüdrət Səmədov küçəsində sirkə turşusu içərək intihara cəh etmiş kişi təcili yardım maşını ilə Mərkəzi Rayon Xəstəxanasına gətirilmişdi.

O, xəstəxanada özünü 1957-ci ildə anadan olmuş Rasim Axundov kimi təqdim etsə də, belə bir şəxsin nə yaşadığı yeri, nə də qohumlarını müəyyən etmək mümkün olmamışdı. İyulun 9-də isə həmin şəxs müalicə olunduğu xəstəxanada dünyasını dəyişmişdi. Və elə o vaxtdan da şəxsiyyəti müəyyən olunmaq üçün cəsədi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayonlararası şöbəsində saxlanılırdı.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.