Ölkə

Bakıda qəribə hadisə - 10 ildən sonra damda ev tikilir - VİDEO

13 İyul 2017 16:21
2 Şərh     Baxış: 3 465

Yasamal rayonu, Şəhriyar küçəsi 21 ünvanında yaşayan "Altes" plazaya məxsus binanın sakinləri sözügedən şirkətdən narazıdır.  

Milli.Az xəbər verir ki, problemlə bağlı qafqazinfo-ya bina sakini, jurnalist Azər Qərib məlumat verib. 

Jurnalist qeyd edib ki, onları əsas narahat edən məsələ 10 ildən sonra şirkətin binanın 17-ci mərtəbəsində yenidən mənzillər tikməsidir: "Halbuki şirkət yeni mərtəbə ucaltmaq üçün layihə müəllifindən də icazə almalıdır.  Amma layihənin müəllifi ilə bu barədə söhbət aparılmayıb və ondan icazə alınmayıb. Bundan əlavə, illərdir burada yaşamağımıza baxmayaraq hələ də şirkət bizə kupça vermir. Vaxtilə layihədə bizə təqdim etdikləri bəndlər üzrə öhdəliklərini də yerinə yetirmirlər. Binanın qarajını toz basıb, divarların üzlüyü qopub.  Giriş qapısını isə yanğın çıxışından ediblər. Çünki binanın ayrıca yanğın çıxışı da yoxdur".

Qeyd edək ki, məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxlamağa çalışsaq da, zənglərə cavab verilməyib.

Sayt sakinlərin narazılığını işıqlandırmaq üçün onlarla görüşüb. Problemlə bağlı hazırladığımız videosüjeti təqdim edirik:

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azər Qəribin yaşadığı binada problem

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

2 Şərh:

  • Anonim
    ⅦⅦ · 13 İyul 16:2310

    doymurlar

    Cavab yaz
  • Anonim
    Serdar · 13 İyul 18:3700

    Bizdə hər şey ola bilər qağa, boş ver..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.