Ölkə

Tovuzda 5 yaşlı uşaq benzin içdi

13 İyul 2017 14:57
2 Şərh     Baxış: 788
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuz rayonunda 5 yaşlı uşaq benzin içərək zəhərlənib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib. 
Belə ki, kənd sakini, 2012-ci il təvəllüdlü Kərimli Tunar Rəşad oğlu yaşadığı evdə oyun oynadıqdan sonra susayıb və mətbəxdəki plastik butulkada olan benzini su bilərək içib. Səhvən benzini içən uşaq yaxınları tərəfindən xəstəxanaya aparılıb. Uşağa həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra palatya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.