Ölkə

Azərbaycanlı model Leylanın ölümünün TƏFƏRRÜATI - FOTO

13 İyul 2017 14:06
4 Şərh     Baxış: 5 640

Modeli əməliyyat edən həkim Siruz Qoçxani olub.

Leyla Oruclunun ölümündən sonra həkim unikal.org-a açıqlamasında bildirib ki, "Leyla başqa xəstəxanada analizlər vermişdi. Analizlərdə əməliyyat üçün hər hansı bir qaranlıq məqam qalmamışdı. İyunun 22-də 16:00-da əməliyyata alındı. Əməliyyat saat 18:00-da yekunlaşdı və palataya köçürüldü. Həmin gün axşam saat 19:30 radələrində onun vəziyyəti pisləşdiyi üçün reanimasiyaya köçürüldü. Orada da lazımı tibbi yardım göstərildi. Mən də həmin anda özümü xəstəxanaya çatdırmışam. Leyla 25 iyun tarxində saat 11-də pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozundan dünyasını dəyişdi".

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Siruz Qoçxaninin dediyi kimi Leyla Oruclu başqa xəstəxanada analizlər verib. Leyla Oruclu Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Ancaq Siruz Qoçaxaninin "Analizlərdə əməliyyat üçün hər hansı bir qaranlıq məqam qalmamışdı" açıqlamasına zidd olaraq Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Analizin cavablarından sonra Leyla Oruclunu əməliyyata almayıblar.

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasından əldə etdiyimiz məlumata görə, Leyla Oruclu kökəlmə və piylənməyə qarşı kompkleksi olduğu üçün bunu görünüşünə zərbə hesab edərək, əməliyyat olunmağı üstün tutmuşdu. Əməliyyatın adı liposaksiya, yəni piysovurma əməliyyatıdır.

Həkim Siruz Qoçxaninin pasiyentin damarında piy tıxandığı üçün öldüyünü deməyinə gəldikdə isə Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasından bildirdilər ki, Leyla Oruclu məhz piyin çıxarılması üçün müraciət etmişdi. Başqa əməliyyat etdirmək üçün yox. Həkim Siruz Qoçxaninin pasientin damarında piy tıxandığı üçün öldüyünü deməsi özünü ifşadan başqa bir şey deyil.

Əldə etdiyimiz məlumata görə, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Leyla Oruclunun əməliyyat olmamasının səbəbi pasientin yaşının az və piylənmənin çox cüzi olması olub.

Qeyd edək ki, model qızın ölümündə günahlandırılan iranlı həkim Siruz Qoçxani mətbuata açıqlamasında Leyla Oruclu pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozundan dünyasını dəyişdiyini bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

4 Şərh:

  • Anonim
    ......... · 13 İyul 14:3264

    Bele olumlere heyfislenmirem, cunku ozu oz ayag ile gedib ecelle yox

    Cavab yaz
  • Anonim
    Elman Razin · 13 İyul 14:3523

    buna hele hele azdi

    Cavab yaz
  • Anonim
    Aydlndl · 13 İyul 14:3750

    Redd olsun iran hekimleri olkemizden.

    Cavab yaz
  • Anonim
    vetendas · 13 İyul 15:2760

    men bir seyi basa duse bilmirem bu hekim niye hele de azadliqdadir ? avtomobil ile tesadufen adam vurub olduren surucuye ne qeder is kesilir amma emeliyyatla can alan mesuliyyetsiz, qudurgan hekimler azadliqda kef eleyirler.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.