Ölkə

İşdən çıxarılan general: "Mən fərari deyiləm"

13 İyul 2017 12:58
Baxış: 3 261
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Prezidentin sərəncamı ilə vəzifədən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin keçmiş müavini, general-mayor Novruzəli Orucov Qarabağ döyüşlərində fərarilik etməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Milli.Az xəbər verir ki, N.Orucov ölkə.az-a açıqlamasında sözügedən ittihamların cəfəngiyyat olduğunu söyləyib. O, Qarabağ döyüşlərində yaxından iştirak etdiyini deyib:

"Mən fərari deyiləm. İndi də təzə söhbət çıxarıblar ki, guya mən fərari generalam və sairə. Bütün bunlar yalandır. Əgər mən fərarilik etsəydim, mənə nə üçün general rütbəsi verilirdi? Birinci Qarabağ döyüşlər tabor komandiri olmuşam. Ağdamda, Qazaxda gedən döyüşlərdə iştirak etmişəm. Adam bu qədər Allahsız olmaz da! Axı mən ermənilərə qarşı döyüşlərdə iştirak etmişəm. Mənə necə deyirlər ki, fərariyəm və sairə? Görünür, mənə qarşı kampaniya başlayıb".

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla general-mayor Novruzəli Orucov Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilib. Novruzəli Orucovun vəzifədən çıxarılmasına səbəb oğlu Rüstəm Orucovun 85 saylı marşrut avtobusunun sürücüsü, 1981-ci il təvəllüdlü Sənan Səmədovu döyməsi olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.