Ölkə

Bakıda 25 nəfəri gün vurdu: 26 şəxsi isə ilan - yayın statistikası

13 İyul 2017 12:50
14 Şərh     Baxış: 1 697

"Bakıda yay mövsümü başlayandan - iyunun 1-dən indiyə qədər günvurma ilə əlaqədar 25 nəfər həkimə müraciət edib".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BTTTYS) Əməliyyat və hospital təşkili üzrə şöbənin böyük həkimi Bənövşə Quliyeva deyib.

Onun sözlərinə görə, həmin şəxslərin 9-u xəstəxanaya yerləşdirilib.

Günvurma ilə bağlı müraciət edənlərin 20-si böyük, 5-i uşaq olub. Böyüklərin 6-sı, uşaqların isə 2-si xəstəxanaya yerləşdirilib. İndiyədək günvurma hadisəsindən ölüm hadisəsi baş verməyib.

B.Quliyeva əlavə edib ki, iyunun 1-dən indiyədək 26 nəfər ilan sancma ilə əlaqədar BTTTYS-yə müraciət edib. Onların 25-i xəstəxanaya yerləşdirilib, 1-nə isə hadisə yerində yardım göstərilib. Xəstəxanaya yerləşdirilən xəstələrin 2-si uşaq olub.

B.Quliyeva bildirib ki, ilan sancmaları ilə bağlı müraciətlər daha çox Bakıətrafı ərazilərdən - Pirşağı, Türkan, Maştağadan daxil olub. Müraciət edənləri ilan əsasən, özlərinin həyətyanı sahələrində sancıb. İlan sancmalardan ölüm halları baş verməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

14 Şərh:

  • Anonim
    Polad · 13 İyul 14:1901

    Bakida gun olub ki kimisede gun vura,,serin havalar kecirde.

    Cavab yaz
  • Anonim
    Fuad · 13 İyul 14:2610

    Vurub ki deyiller

    Cavab yaz
  • Anonim
    Polad · 13 İyul 15:2801

    Bosh bosh sohbetlerdi

    Cavab yaz
  • Anonim
    Polad · 13 İyul 15:2801

    Yavash ol senide vurmasin

    Cavab yaz
    • Anonim
      Fuad · 13 İyul 19:1010

      Men bakida qalmiram ki meni gun bura men goygolde qaliram

      Cavab yaz
  • Anonim
    Fuad · 13 İyul 18:4510

    Men bakida qalmiram ki meni gun vura men goygolde qaliram

    Cavab yaz
  • Anonim
    ❤ Nara ❤ · 13 İyul 21:5000

    Göy göl adı gülünde lap üreyim gedir.Her il Göy göle,Hacıkende,Xanlara gedirem qohumlarımın tanına.Gelen ay gedecem.

    Cavab yaz
    • Anonim
      Əliyev · 13 İyul 22:0300

      Bıy men hacıketde əsgerlikde olmuşam

      Cavab yaz
      • Anonim
        Fuad · 13 İyul 22:0700

        Salam nara necesen? Xanlarin harasinda qalir qohumlarin?

        Cavab yaz
        • Anonim
          ❤ Nara ❤ · 13 İyul 23:1100

          Salam Fuad yaxsiyam sen necesen?Xanlarin demey olarki her tocqasinda qohumum var.Kilsenin yaninda,korpunun ustu deyilir deyirman.Urek xestexanasinin yaninda.Heydar parkinin yani.Topal hesenlidede qohumlarim var.Demey olarki qohumlarimin coxu ordadi

          Cavab yaz
  • Anonim
    oxucu · 13 İyul 23:0700

    Ilandan mende dehset qorxuram.

    Cavab yaz
    • Anonim
      Tural ismayilov · 14 İyul 00:2500

      VAY

      Cavab yaz
  • Anonim
    Fuad · 14 İyul 00:2500

    Kilsenin yaninda qalan qohumunun adi nedi mende o terefde qaliram belke tanidim

    Cavab yaz
  • Anonim
    ❤ Nara ❤ · 14 İyul 10:1600

    Sabahın xeyir Fuad kilsenin yanında qalan qohumumun adı Rimadı Yoldaşının adı Elbrusdu oglanlarıda var Emil Elcin Oglanlardan biri antena ustasıdı.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.