Ölkə

Lalə Dadaşova: "Brilliantı qınayanlar Mübariz kimi ..."

13 İyul 2017 16:30
12 Şərh     Baxış: 2 232

Müğənni Lalə Dadaşova xalq artisti, bacısı Brilliant Dadaşovanın "Instagram"da erməni qarmon ifaçısı Varujan Şahbazyanı tərifləməyini pisləyənlərə cavab verib.

Milli.Az ölkə.az-a açıqlama verən L.Dadaşova bildirib ki, bu, Brilliantın düşmənlərinin işidir:

"Əvvəla "təriflər yağdırmaq" sözü jurnalistlərin hər zamanki kimi hər şeyi şişirtmələridir. Bu söhbəti dünən eşitdim və təəccüblənmədim. Çünki Brilliantın düşmənləri çoxdur və onlar yatmır. Hər fürsətdə onu vurmağa çalışırlar. Buna heç vaxt təəccüb etməmişəm. O, əlçatmaz zirvədir. Ha daş atırlar, çatmır".

Lalə Dadaşova bildirib ki, bir neçə gün öncə Füzulinin Alxanlı kəndində ermənilər tərəfindən öldürülən 18 aylıq Zəhra üçün o da ağlayıb:

"Qaldı ki, Balaca Zəhraya, onun üçün hamımız ağlamışıq. Xocalıda həlak olan balalarımızı da unutmayaq. Brilliantı qınayanlar Mübariz kimi (Milli Qəhrəman Mübariz İbrahimovu nəzərdə tutur-red.) əllərinə "Kalaşnikov" alıb Zəhranın qanını yerdə qoymasınlar. Onda onlara kişi deyərəm. Musiqini siyasətə qatmaq doğru deyil. Dəqiq bilinmir ki, bunu edən Brilliantdır, ya yox. Çünki hələ danışmamışam. Təxribat da ola bilər. Bütün dünyada sənətə və sənətkara qiymət verilir, təkcə bizdən başqa".

Qeyd edək ki, xalq artisti Brilliant Dadaşovanın erməni qarmon ifaçısı Varujan Şahbazyanın ifasını bəyənməyi barədə sosial şəbəkədə yazdığı şərh birmənalı qarşılanmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

12 Şərh:

  • Anonim
    Seva--- · 13 İyul 16:3440

    Senete ve senetkara qiymet verilir sözün esl menasinda Senetkara !

    Cavab yaz
  • Anonim
    Nardawa · 13 İyul 16:3570

    Men senin wekline baxanda korxdum...

    Cavab yaz
  • Anonim
    bakili · 13 İyul 16:4471

    Düzdur raziyam senete ve senetkara qiymet verib deyerlendirmek lazimdir. Amma day ermeni senetkarina ermeni musiqiçisine yox !!!

    Cavab yaz
  • Anonim
    ........ · 13 İyul 16:4561

    Bes ne mecbur edir duwmenimiz ermenini beyenmek?! Bele sevgisi var vetenine, Azerbaycanina??

    Cavab yaz
  • Anonim
    vus · 13 İyul 16:4760

    dushmenimize "like" gonderende bunun bir menali qarshilanmayacighini derk etmek yashini choxdan kechib Brilliant xanim. Pensiya yashina az qalib. Bu gunlerde dunyanin butun olkelerinide etiraz aksilari kechiririk xeberi yoxdur?

    Cavab yaz
  • Anonim
    GOYCAYLI · 13 İyul 16:5741

    buda fursetden istifade edib ozun reeeeeklaaaaaaam edir.Yaxsi edirsiz Lale xanim nece deyeller bacarana can qurban sizde bacarirsiz

    Cavab yaz
  • Anonim
    *Gül* · 13 İyul 17:1832

    Ne menasiz danışırsız e. Ağzınız boş qalamsın deyə. Deyir bu haqda Birlliyan Dadaşova ilə danışmayıb. Hələ bilmir bacisi bu haqda ne danışıb. Bu da çıxıb uşağa nağıl danışır elə bil. adam elə əsəbləşir sizin kimi adamlara.

    Cavab yaz
  • Anonim
    azər · 13 İyul 23:0910

    manıslarımızdan oxumaqdan başqa hər şey gözlətirik.

    Cavab yaz
  • Anonim
    cahan · 13 İyul 23:3110

    Onda Lale xanim bir zehmet butun musiquciler ayaqa qalxin,ne qeder mahnilarumiz,musiqi aletlerimiz ,reqslerimiz var hamisini Geri alin,Yeni deyirsiniz musiqinin siyasete dexli yoxdu,bes o duwmenler niye oqurlayirlar.He ,cunki onlar ermenidirler,ermeni olan sehifeye hec gozumuzun ucu ile bele baxmamaliyiq,cunki bizde Azerbaycanliyiq

    Cavab yaz
  • Anonim
    BB. · 13 İyul 23:3810

    Bunlar nə yaman əl-ayağa düşüb bir-birlərini müdafiə edirlər.Sənətkara hansı qiymət qoyulmalıdır? Toylarda, restoranlarda oxuyub özlərinə pul qazanırlar, vergi vermək deyəndə hamısı birlikdə xorla ağlayırlar.Guya onlar restoranda oxumasalar bütün Azərbaycan batıb məhv olar. Bəs satıcı,süpürgəçi,dəllək, müəllim,polis və s. sənətkar deyil? Düz deyilir ki pis adamlar həmişə yaxşı təşkil olunurlar.

    Cavab yaz
  • Anonim
    ANONİM · 14 İyul 00:1810

    Yaxsısı budur danışmıyın.danışdıqca lap çox batırsınız

    Cavab yaz
  • Anonim
    Alik · 15 İyul 14:5400

    Teessuf ki, biz turklerden hec ne oyrene bilmirik. Ermeni musiqicisin beyenmek sozun esl menasinda vetene, millete, bu yolda caninnan kecen saysiz-hesabsiz shehidlerimize xeyanetdir. Onlarin terefin tutub, haradasa haqq qazandirmaq bagishlanilmaz sehvdir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.