Ölkə

"Yetkin adam qudurğan ola bilməz"- Deputat

13 İyul 2017 13:06
Baxış: 1 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bəzi çox pulu olanlar bilirsinizmi özlərini niyə, yumşaq desək, adekvat aparmırlar? Pul nədir? Pul əslində həm enerji daşıyıcısı, həm də enerji qaynağıdır. Yəqin fikir vermisiniz, uşaqlar enerjilərinin çoxluğundan bir yerdə durmur, tez-tez dəcəllik edir, nəyisə sındırır, dağıdırlar. Çünki yetkin deyillər. Pulu çox olan bəzilərinin "qudurğanlıq" kimi qiymətləndirilən hərəkətlərinin arxasında duran səbəb də budur - onların yetkin olmamaları".

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin üzvü, teleaparıcı Sahib Alıyev bildirib.

Millət vəkilinin görə, yetkin adam qudurğan ola bilməz: "Görünür, həmin pul da uşaqlardakı enerji kimi qazanılan yox, veriləndir, ağıllarıyla tərs mütənasibdir. Ağır zəhmətlə qazanılan pul haqq edilən puldur, xərclənən enerjinin qarşılığında əldə olunandır. Çətin bu cür pul yiyəsi yolundan çıxsın. İnsan zəhmət çəkmədən yetkinləşə, yetkin adam isə qudurğan ola bilməz..."



Qeyd edək ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun avtobus sürücüsünü döydükdən sonra məmur övladlarının özbaşınalığı məsələsi yenidən gündəmə gəlib.

Bu hadisədən sonra general-mayor Novruzəli Orucov prezident İham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

Bundan əlavə, dövlət başçısı iyulun 12-də Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edərək bildirib ki, öz ailə üzvlərini idarə edə bilməyən dövlət məmurları vəzifədən çıxarılacaq.

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.