Ölkə

Ağac kəsdiyi deyilən məmurla bağlı AÇIQLAMA

13 İyul 2017 12:27
Baxış: 1 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

85 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi İsmi Ağayev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata münasibət bildirib. 

Milli.Az xəbər verir ki, o, qafqazinfo-ya açıqlamasında bildirib ki, MKİS-in rəisi Zahid Bədəlov iyulun 7-dən səhhəti ilə bağlı işə çıxmır:

"Xətai rayonu, Əbilov küçəsi 12 ünvanda yaşayan İlyas Cabbarov istifadəsində olan torpaq sahəsində 3 ədəd nar kolu kəsib. Bunu öz həyətyanı sahəsində bostan məhsulları yetişdirmək məqsədilə edib.

Göstərilən ünvan 85 saylı Mənzil Kommunal İstismar Sahəsinin ərazisində yerləşir. Lakin Mənzil Kommunal İstismar Sahəsinin rəisi Zahid Bədəlovun və işçilərinin göstərilən kolların ləğv edilməsində heç bir iştirakı olmayıb".

Həmçinin bildirilib ki, ağackəsmə hadisəsi aktlaşdırılaraq hüquq mühafizə orqanlarına təqdim olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.