Ölkə

Sabirabadda 26 kiloqramdan artıq narkotik maddə ələ keçirildi - YENİLƏNİB - VİDEO - FOTO

14 İyul 2017 12:39
0 Şərh     Baxış: 825

12:39

Sabirabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının iyun-iyul ayları ərzində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən ümumilikdə 26 kiloqram 522 qram müxtəlif xassəli narkotik maddələr çıxarılıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, qeyd edilən miqdarda narkotik maddələrin dövriyyəsi və əkilib-becərilməsi ilə məşğul olan 3 nəfər isə saxlanılaraq istintaqa təqdim edilib.

Belə ki, Sabirabad RPŞ-ə rayonun Kovlar kənd sakini Rövşən Ağayevin yaşadığı evdə narkotik tərkibli kolların əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.Ağayevin evinə baxış keçirilib. Baxış zamanı qeyd edilən evin yardımçı otaqlarından birindən ümumi çəkisi 18 kiloqram 255 qram olan yaş və qurudulmuş formada olan marixuana aşkar olunaraq götürülüb.

Bundan başqa daxil olan əməliyyat məlumatı əsasında rayon polis şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Qaratəpə kənd sakini Səbuhi Rüstəmovun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilib. Baxış zamanı qeyd edilən şəxsin evinin müxtəlif hissələrində gizlətdiyi satış üçün nəzərdə tutulan ümumi çəkisi 2 kiloqram 294 qram olan marixuana, eləcə də kultivasiya yolu ilə yetişdirilən çətənə kolları, onların kökləri və toxumları aşkar edilərək götürülüb.

Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat tədbirləri nəticəsində rayon sakini əvvəllər dəfələrlə məhkum olunan Soltan Ağayevin də yaşadığı fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilib. Baxış zamanı S.Ağayevin evinin zirzəmisində xüsusi üsulla 23 ədəd kibrit qutusunda qablaşdırdığı ümumi çəkisi 155 qram olan marixuana aşkar edilərək götürülüb. Əməliyyata-axtarış tədbirlərinin davamı olaraq S.Ağayevin yaşadığı evin digər otaqlarına baxış zamanı isə əlavə olaraq 5 kiloqram 218 qram marixuana aşkar edilib.

Saxlanılan şəxs ifadəsi zamanı çətənə toxumlarını bir neçə ay bundan əvvəl evinin həyətində əkdiyini, onlara xüsusi üsulla qulluq edərək yetişdirdiyini və qurutduğunu bildirib.

Soltan Ağayev (saxlanılan şəxs): "Əzilib ovxalanmasın deyə karobkalara yığmışdım ki, salamat qalsın çəkərəm. Elə oldu ki, polis gəldi tutdu. Mən də təqdim elədim, götürdülər. Çəkəniyəm. Cavanlara məsləhətim odur ki, çəkməsələr yaxşıdır. Mənim taleyimi qabağlarına qoyub düşünsünlər".

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar və zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

----------------
13.07.2017

12:40

Sabirabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının iyun-iyul ayları ərzində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən ümumilikdə 26 kiloqram 522 qram müxtəlif xassəli narkotik maddələr çıxarılıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilən miqdarda narkotik maddələrin dövriyyəsi və əkilib-becərilməsi ilə məşğul olan 3 nəfər isə saxlanılaraq istintaqa təqdim edilib.

Belə ki, Sabirabad RPŞ-ə rayonun Kovlar kənd sakini Rövşən Ağayevin yaşadığı evdə narkotik tərkibli kolların əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.Ağayevin evinə baxış keçirilib. Baxış zamanı qeyd edilən evin yardımçı otaqlarından birindən ümumi çəkisi 18 kiloqram 255 qram olan yaş və qurudulmuş formada olan marixuana aşkar olunaraq götürülüb.

Bundan başqa daxil olan əməliyyat məlumatı əsasında rayon polis şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Qaratəpə kənd sakini Səbuhi Rüstəmovun yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilib. Baxış zamanı qeyd edilən şəxsin evinin müxtəlif hissələrində gizlətdiyi satış üçün nəzərdə tutulan ümumi çəkisi 2 kiloqram 294 qram olan marixuana, eləcə də kultivasiya yolu ilə yetişdirilən çətənə kolları, onların kökləri və toxumları aşkar edilərək götürülüb.

Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat tədbirləri nəticəsində rayon sakini əvvəllər dəfələrlə məhkum olunan Soltan Ağayevin də yaşadığı fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilib. Baxış zamanı S.Ağayevin evinin zirzəmisində xüsusi üsulla 23 ədəd kibrit qutusunda qablaşdırdığı ümumi çəkisi 155 qram olan marixuana aşkar edilərək götürülüb. Əməliyyata-axtarış tədbirlərinin davamı olaraq S.Ağayevin yaşadığı evin digər otaqlarına baxış zamanı isə əlavə olaraq 5 kiloqram 218 qram marixuana aşkar edilib.
Saxlanılan şəxs ifadəsi zamanı çətənə toxumlarını bir neçə ay bundan əvvəl evinin həyətində əkdiyini, onlara xüsusi üsulla qulluq edərək yetişdirdiyini və qurutduğunu bildirib.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar və zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Sabirabadda 26 kiloqramdan artıq narkotik maddə ələ keçirildi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.