Ölkə

18 yaşlı azərbaycanlı çempion yarış günü özünü öldürdü - DƏHŞƏTLİ TƏFƏRRÜAT - FOTO

13 İyul 2017 11:53
2 Şərh     Baxış: 5 428

Dünən mətbuatda sambo üzrə Avropa çempionu Rəşad Dünyamalıyevin intiharı ilə bağlı xəbərlər yayılıb.

Milli.Az xəbər verir ki, lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə iyulun 4-də 1999-cu il təvəllüdlü Dünyamalıyev Rəşad Vladislav oğlunun Binəqədi qəsəbəsində yaşadığı həyət evində baş verib. 18 yaşlı idmançı səhər saatlarında həyətədəki turnikdən özünü asaraq həyatına son qoyub.

Sözügedən saytın əldə etdiyi məlumata görə, 57 kiloqram çəki dərəcəsində çıxış edən Rəşad hadisə baş verən gün sambo üzrə Azərbaycan yığmasının heyətində Qazaxıstanda keçirilən Nursultan Nazarbayev turnirinə qatılmalı imiş. Belə ki, Azərbaycan yığmasının üzvləri və məşqçilər səhər saatlarında toplaşıblar və Rəşadın da gəlib çıxmasını gözləyiblər. Artıq təyyarəyə gecikəcəklərini gördükdə, onlar idmançılardan birini Rəşadgilin evinə göndəriblər və dəhşətli mənzərə ortaya çıxıb.
 
Bildirilir ki, hadisə baş verən gün Rəşad evdə tək olub. Səhər saatlarında anası işə gedərkən onu oyadıb. Rəşad isə hazırlanıb aeroporta gedəcəyini deyərək anasını yola salıb. Evin tək oğul övladı olan Rəşadın bacısı da həmin vaxt işdə olub.
 
Rəşad Dünyamalıyevin şəxsi məşqçisi, tanınmış hakim Cabir İsmayılov hadisə barəsində Lent.az-a bunları deyib: "Onu çox gözlədik, artıq təyyarəyə gecikirdik və belə bir məlumat gəldi. Qazaxıstana çatanda hamı bizə başsağlığı verirdi. Mənim üçün çox ağırdır. 5 yaşından əlimdə böyüyən uşaqdır. 2 dəfə Avropa Çempionu olub. Bir dəfə Dünya ikincisi olub. Rəşad 7-8 dəfə Azərbaycan çempionu olmuşdu, ona böyük ümidlər bəsləyirdik. Buna görə də əsas yığmaya dəvət etmişdik ki, onu Qazaxıstanda da yoxlayaq".
 
Bu arada o da məlum olub ki, Rəşad Dünyamalıyevin ailəsində atası ilə bağlı problemlər olub. Onun intiharı ilə bağlı yaxınları və tanıyanlar hər hansı başqa səbəb tapa bilmirlər.
 
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

2 Şərh:

  • Anonim
    An · 13 İyul 12:2610

    Vay vay hara gedir axı bu dünyanın axırı

    Cavab yaz
  • Anonim
    Səidə · 13 İyul 13:3810

    Can -can.Yaziq cavan canina....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.