Ölkə

AccessBank-ın sədri dəyişdi

13 İyul 2017 12:08
Baxış: 712
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AccessBank-ın Müşahidə Şurasında dəyişiklik olub.

Bankdan Milli.Az-a verilən məlumata görə, bankın Müşahidə Şurasına yeni sədr seçilib.

Məlumata görə, 6 iyul 2017-ci il tarixində AccessBank-ın səhmdarlarının ümumi yığıncağı keçirilib və iclasda bankın fəaliyyəti ilə bağlı bir sıra məsələlərə baxılıb. Yığıncaqda Müşahidə Şurasının yeni tərkibi müzakirə olunub və nəticədə Müşahidə Şurasının yeni sədri və yeni üzvü seçilib.

Yeni sədr vəzifəsinə Yan Klasen seçilib. O bu vəzifədə Orxan Aytemizi əvəz edib. Müşahidə Şurasına yeni üzv qismində isə Emre Yıldız daxil olub.

Beləliklə, hazırda bankın Müşahidə Şurasının yeni tərkibi aşağıdaki kimidir: sədr Yan Klasen, üzvlər Sayed Aftab Ahmed, Tomas Enqelhardt, Rayner Müller-Hanke və Emre Yıldız.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.