Ölkə

Ələt-Astara yolunda 4 nəfərin ölümünə səbəb olan sürücülərdən biri saxlanıldı

13 İyul 2017 10:26
0 Şərh     Baxış: 1 648

Ələt-Astara yolunda toqquşan iki avtomobildən birinin sürücüsü saxlanılıb.

Milli.Az xəbər verir ki, Baş dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, "KamAZ" markalı yük avtomobili ilə toqquşan "Mercedes-Vita" markalı mikroavtobusun sürücüsü Elturan Fərəcov barəsində cinayət işi başlanıb və o, tutulub.
 
Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, Ələt-Astara avtomobil yolunun 10-cu kilometrliyində "Mercedes" markalı mikroavtobusun "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Nəticədə 4 nəfər ölüb, iki nəfər xəsarət alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.