Ölkə

Maştağada kütləvi dava: iki qardaş bıçaqlandı

13 İyul 2017 10:24
0 Şərh     Baxış: 1 458
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Sabunçu rayonunda kütləvi dava baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, Maştağa qəsəbəsi, Tavaylıq adlanan ərazidə iki qardaş bıçaqlanıb.

Belə ki, 1991-ci il təvəlldüdlü Əhmədov Mahir Axşay oğlu və qardaşı 2000-ci il təvəllüdlü Əhmədov Elxan Axşay oğlu toydan qayıdan zaman 4 nəfərlə mübahisə edib. Əlbəyaxa dava zamanı E.Əhmədov iki, M.Əhmədov bir bıçaq xəsarəti alıb. Qarşı tərəfidən isə iki nəfər yüngül bədən xəsarətləri alıb.

Bıçaqlanan şəxslər xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.