Ölkə

Bakıda "Şöhrət" ordenli neftçi öldürüldü - YENİLƏNİB - VİDEO - FOTO

13 İyul 2017 11:38
0 Şərh     Baxış: 2 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:38

Bakıda 66 yaşlı kişini öldürdülər

Milli.Az ARB TV-yə xəbər verir ki, paytaxtın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2 gün əvvəl törədilmiş qətlin üstü açılıb.

İyulun 10-da Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 82 saylı binada 66 yaşlı Yuriy Barışovun üzərində xəsarətlər olan meyiti aşkar olunub.

Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin kimliyi bəlli olub. Əvvəllər quldurluq cinayətinə görə məhkum olunmuş Hüseyn Akayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. 

Mərhumun qonşularından əldə olunan məlumata görə, Yuriy Barışov neft sahəsində çalışıb və onun indiyədək heç kəslə ədavəti olmayıb.

Məmməd Nuriyev (qonşu): "Qətlə yetirilən şəxs tək yaşayırdı. Sakit adam idi. Heç kimlə işi yox idi. Çox gümrah idi, balıq tutmağa gedirdi. Neft sahəsində çalışırdı, "Şöhrət" ordeni də olub".

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Zəruri istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri davam etdirilir.

------------------

12.07.2017

09:42

Paytaxtın hüquq mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində törədilmiş qətlin üstü "isti izlər"lə açılıb.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Milli.Az-a verilən məlumata görə, iyulun 10-da saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi 82 saylı ünvanda 1951-ci il təvəllüdlü Barışov Yuriy Petroviçin üzərində zorakılıqla qətlə yetirilməyə xarakterik xəsarətləri olan meyiti aşkarlanıb.
 
Həmin faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin əvvəllər quldurluq cinayətinə görə məhkum olunmuş Akayev Hüseyn Ramazanoviç tərəfindən törədilməsinə kifayət qədər şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaq cəlb edilib.
 
Hazırda cinayət işi üzrə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda keçmiş məhkum adam öldürdü

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda qətlin üstü açılıb

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.