Ölkə

Nasaz avtobusla xəttə çıxanlar cəzalandırılır - FOTO

11 İyul 2017 17:27
0 Şərh     Baxış: 724

Bakı Nəqliyyat Agentliyinin (BNA) müntəzəm sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər qarşısında qoyduğu tələblərin icra vəzəyyətini yoxlamaq məqsədi ilə son bir həftədə keçirilən növbəti monitorinqlərin nəticəsi olaraq, qoyulan tələblərin pozulması hallarına yol verən daşıyıcı və sürücülərə qarşı ciddi cəza tədbirləri görülüb.

BNA-dan Milli.Az-a verilən məlumata görə, 15 nömrəli marşrut xətti üzrə hərəkət edən 10-TF-686 DQN-li avtobusun istismara tam yararsız olduğu halda reysə buraxıldığı müəyyən edilib. Nəqliyyat vasitəsi sonuncu dayanacaqda marşrut xəttindən kənarlaşdırılıb, daşıyıcı və sürücü Agentliyə çağırılaraq izahatları alınıb. Əsaslı təmir edilənədək avtobusun xəttə buraxılmasına qadağa qoyulub. Daşıyıcıya sonuncu xəbərdarlıq edilməklə bildirilib ki, bele halların təkrarlanacağı təqdirdə Agentlik tərəfindən daha sərt tədbirlər görüləcək.

44 nömrəli marşrut xətti üzrə 90-UN-516 DQN-li avtobusun ön şüşəsinin qırıq vəziyyətdə idarə edildiyi müəyyən edilib. Nəqliyyat vasitəsi xətdən kənarlaşdırılıb. Agentliyə çağırılaraq izahatı alınan daşıyıcı söz verib ki, nöqsan qısa vaxtdan aradan qaldırılacaq və analoji halların təkrarlanmaması üçün zəruri işlər görüləcək.

173 nömrəli marşrut xətti üzrə 10-TF-428 DQN-li avtobusun sürücüsü Azər Abışov Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində dayanacaqdan kənar saxlama halına yol verib. Sürücü və daşıyıcı Agentliyə çağırılıb, izahatları alınıb və sonuncu dəfə xəbərdarlıq olunub. Bir daha bele halların baş verəcəyi təqdirdə Agentlik tərəfindən barələrində ciddi tədbirlər görüləcəyi diqqətə çatdırılıb.

Bakı Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, qısa vaxt ərzində müasir tələblərə uyğun istehsalat bazasına malik olmayan, nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətə gətirməyən və peşəkar sürücü bazasını formalaşdırmayan daşıyıcılara qarşı səlahiyyətləri çərçivəsində ən sərt tədbirlərin görülməsini davam etdirəcək.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.