Ölkə

Rusiyaya avtomobillə gediş-gəliş daha rahat olacaq- FOTO

10 İyul 2017 14:57
2 Şərh     Baxış: 1 502

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində "Azəravtoyol" ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların bərpası işləri davam etdirilir.

Qurumdan Milli.Az-a verilən məlumata görə, bu cür yollardan biri də Qusar-Xudat avtomobil yoludur. Yolun hərəkət hissəsində yaranmış dağılmış və qabarmış hissələr avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradırdı. Artıq bu problem geridə qalır.

M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 188-ci km-dən başlayan təmir işləri Qusar rayon mərkəzinə qədər olan 13,7 km-lik hissəni əhatə edir.

Təmir-bərpa işləri zamanı yiolun 10,7 km-lik hissəsi 6 m-dən 7 m-ə qədər, 3 km-lik hissəsi isə 5 m-dən 11 m-ə qədər genişləndirilib. Genişləndirilmiş hərəkət hissə yol boyu avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə idarə edilməsinə gətirib çıxarır. 

Aparılan işlər çərçivəsində yolun köhnə asfat-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, genişləndirilmiş və zəruri olan digər hissələr xüsusi materail tökülərək kipləşdirmə işləri aparılır, hazır olan hissələr isə asfaltlanır. Hazırda yolun 3 km-lik hissəsinə asfalt-beton örtüyünün ilk qatı döşənib. Bundan başqa zəruri olan yerlərdə yol kənarlarına səki daşları düzülür. Ümumilikdə yola 2 qat olmaqla asfalt-beton örtüyünün döşənməsi və 6 min paqon-metr səki daşının düzülməsi nəzərdə tutulub.

Tikinti işləri yekunlaşandan sonra yola 120 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəklişi işləri aparılacaq.

Qeyd edək ki, 1967-68 ci illərdə salınan Qusar-Xudat avtomobil yolunun əsaslı şəkildə təmir edilməsi yük və sərnişin daşınmasını xeyli asanlaşdıracaq, vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Vətəndaş · 10 İyul 15:0120

    Xaşmaz- Nabran yoluna baxsaz yaxşı olardı. Peşman olursan o bölgəyə getməyə. Yollar bərbad gündədir. 80-ci illərdə salınan yollardı.

    Cavab yaz
    • Anonim
      Vətəndaşa · 10 İyul 15:4910

      Xaçmaz-Nabran yolu maşının atasını yandırır

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.