Ölkə

Avtomobili bu halda tərk etmək qanunsuz və çox təhlükəlidir

10 İyul 2017 15:12
1 Şərh     Baxış: 2 325

"İsti yay günlərində bəziləri avtomobilin kondisioneri işləsin deyə mühərriki işlək vəziyyətdə avtomobili park edirlər. Hətta bəziləri belə avtomobili xeyli müddətə tərk edib gedirlər. Bu həm qanunsuzdur, həm də çox təhlükəlidir".

Milli.Az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

Onun sözlərinə görə, qaydalar sürücünün mühərriki işləyən avtomobili tərk etməsini qadağan edir: "Təhlükəli olduğuna görə. Çünki hər şey ola bilər. Belə vəziyyətin təhlükəliliyi isə həm ekoloji ziyanla, həm də baş verə bilən xoşagəlməz hallarla bağlıdır.

Durduğu yerdə mühərriki uzun müddət işləyən avtomobil asanlıqla alışa bilər. İstehsalçı zavodların əksər avtomobillərə mühərriki işləyən avtomobilin qapılarını bayırdan kilidləmək funksiyasını qoymaması bundan irəli gəlir. Kimin avtomobilində belə funksiya varsa, deməli, elektrik sisteminə müdaxilə edilib. Elektrik sisteminə müdaxilə olan avtomobil isə çox asanlıqla yanmağa məhkumdur".

Ekspert ekoloji ziyanla bağlı məsələni də açıqlayıb və sürücülərə müraciət edib: "Dayanan avtomobilin mühərrikində normal yanma getmir, dəm qazı və digər zərərli maddələr artır. Nəticədə ətrafdakılar tədricən zəhərlənir, avtomobilin özündə olan adam isə çox asanlıqla dəm qazından ölə bilər. Ölkəmizdə bir qədər qapalı yerlərdə olsa da, tez-tez belə hallar baş verir. Belə halda avtomobilə texniki zərər də dəyir və s. olur. Yekəxanalıq və ya sadəlövhlük etməyin, özünüzə və ətrafdakılara hörmət və qayğı ilə yanaşın".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    ilqar · 10 İyul 16:0100

    Qudurmuşluqdur

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.