Ölkə

Azərbaycanlı məktəblilər beynəlxalq müsabiqənin qalibi olublar - FOTO

7 İyul 2017 14:42
1 Şərh     Baxış: 2 122
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı məktəblisi Gürcüstanda keçirilən beynəlxalq müsabiqənin qalibi olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 144 nömrəli tam orta məktəbin V sinif şagirdi Fikrət Əliyev Batumidə təşkil olunan "Wonderland - Gürcüstandan məhəbbətlə" III Beynəlxalq Uşaq Mahnı və Rəqs Müsabiqəsində birinci dərəcəli laureat adına layiq görülüb.

Fikrət Əliyev 5-10 yaş arasındakı vokalçıların qrupunda pop-vokal nominasiyasında I yerə sahib olub.

Müsabiqədə iştirak edən 132-134 nömrəli Təhsil Kompleksinin IV sinif şagirdi Selin Hüseynova isə eyni yaş qrupunda estrada vokalı nominasiyasında III yeri tutub.

Qaliblər medal və sertifikatla təltif olunub.

Fikrət Əliyev və Selin Hüseynova Müslüm Maqomayev adına 26 nömrəli uşaq musiqi məktəbinin yetirmələridir.

"Wonderland - Gürcüstandan məhəbbətlə" III Beynəlxalq Uşaq Mahnı və Rəqs Müsabiqəsində Azərbaycanla yanaşı, Qazaxıstan, Ukrayna, Rusiya, Latviya, Belarus və başqa ölkələrin nümayəndələri də iştirak ediblər.

Zərif Nisə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.