Ölkə

AMEA-nın muzeyləri sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq

5 İyul 2017 17:53
0 Şərh     Baxış: 3 356
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyası muzeylərində sahibkarlıq fəaliyyəti həyata keçiriləcək.

Milli.Az xəbər verir ki, AMEA-dan Trend-ə verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında AMEA-nın muzeylərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi qaydaları müzakirə olunub.

Mövzu ilə bağlı çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, Azərbaycan Prezidentinin 11 dekabr 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş Akademiyanın nizamnaməsi və "Elm haqqında" qanunun müvafiq maddəsinə əsasən AMEA-nın elmi müəssisə və təşkilatları öz maddi-texniki bazalarını möhkəmləndirmək, əməkdaşlarının sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər.

Akademik qeyd edib ki, AMEA-nın muzeylərinin sahibkarlıq fəaliyyəti həmin qurumların nizamnamələrində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun tənzimlənməlidir.

Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, "Azərbaycan Milli Elmlər Akademiyasının muzeylərinin sa­hib­kar­lıq fəaliyyətinin həyata keçirməsi Qaydası"nı təsdiq edib. Müvafiq elmi müəssisələrin rəhbərlərinə xidmətlərin bu qaydalara uyğun olaraq göstərilməsini qanunvericiliklə müəyyən edilmiş müqavilələr əsasında həyata keçirmək tapşırılıb.

Muzeylərin fəaliyyətlərinin genişləndirilməsi, maddi-texniki bazalarının möhkəmləndi­rilməsi və işçilərinin əməyinin stimullaşdırılması məqsədilə həyata keçirilən sahibkarlıq fəaliy­yətləri bu Qaydalara edilmiş əlavələr, fiziki və hüquqi şəxslər arasında bağlanmış mülki hüquqi müqavilələr əsasında müəyyən edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.