Ölkə

Batmaq təhlükəsi ilə üzləşən 4 nəfər xilas edildi - YENİLƏNİB

5 İyul 2017 20:52
1 Şərh     Baxış: 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:52

Bu gün dənizdə batmaq təhlükəsi ilə üzləşmış 4 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Lənkəran şəhərində 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

----------

17:12

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Neftçala şəhərində 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar. Həmin şəxs aidiyyəti üzrə təhvil verilib.
 
Bənzər hadisə Şirvan şəhərində də qeydə alınıb. Bir 1 nəfər Kür çayında çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
 
Bakı şəhəri, Sabunçu rayonunda da 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Həmin şəxs də xilas edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.