Ölkə

Bakıdakı yüksək temperaturla bağlı AÇIQLAMA - "Normadan 2,7 dərəcə yüksək olub"

5 İyul 2017 11:06
3 Şərh     Baxış: 2 400

"Ötən gün Bakıda müşahidə edilən havanın temperaturu iqlim normasından 2,7 dərəcə yüksək olub".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, ötən gün Bakıda gündüz havanın maksimal temperaturu 37, gecə 26 dərəcə, Sumqayıtda gündüz 40, gecə 26-27 dərəcə olub.

A.Verdiyev bildirib ki, havanın temperaturunun yüksək olmasına baxmayaraq, belə hava şəraiti anomal hesab edilmir və iyul ayı üçün xarakterik sayılır.

Baş hidroloq əvvəlki illərdə də iyul ayında Bakıda və Abşeron yarımadasında isti hava şəraitinin müşahidə edildiyini söyləyib. Bakıda 2010-cu ilin 12 iyulunda və 2011-ci ilin 22 iyulunda 40 dərəcə isti qeydə alınıb. O, iyul ayında Bakıda 40 dərəcədən yüksək temperaturun müşahidə edilmədiyini də açıqlayıb.

A.Verdiyev əlavə edib ki, bu gün günün ikinci yarısından iyulun 8-i səhərədək Bakıda və Abşeron yarımadasında arabir şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcəyi gözlənilir.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Zaza · 5 İyul 11:1310

    Ayin 9 da kulek zeiflesede ayin 10 dan 13 dek yeniden guclu shimal kuleyi esecek,,YENi Bu gunlerde Bakida absheronda temp 28,,29 den yuksek olmaycaq.

    Cavab yaz
  • Anonim
    bakili · 5 İyul 12:1810

    yay neqeder kulekli ve serin kecse bir o qeder yaxwidir. Çunki istide adamin nefesi kesilir

    Cavab yaz
    • Anonim
      Tural ismayilov · 5 İyul 17:4600

      yalan dasinsmada

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.