Ölkə

Salyanda eramızdan əvvələ aid tarixi abidələr aşkarlandı - VİDEO - FOTO

3 İyul 2017 17:53
2 Şərh     Baxış: 1 446
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyan rayonunun mərkəzindən təxminən 20-25 kilometr aralıda yerləşən Yeni Uluxanlı kəndində tarixi abidələr aşkarlanıb. 

Milli.Az report-a istinadən xəbər verir ki, həmin kəndin ərazisində 7 Qardaş təpəliklərində adda-budda insan sümükləri tapılsa da, bunun fərqinə varan olmayıb. 

Bu yaxınlarda isə həmin təpəliklərin yaxınlığında texnikalar vasitəsilə qazıntı işləri aparılarkən xeyli sayda insan sümüklərinə rast gəlinib. Hətta həmin təpəliklərin yaxınlığından keçən kanallarda belə xeyli sayda insan sümüklərini görmək mümkündür.

Mütəxəssislərin fikrincə, Kürsəngi kəndindən başlayaraq Kür çayına qədər təxminən 20 kilometr məsafədə orta əsr, eləcə də ondan əvvəlki dövrə aid yaşayış məskənlərinin eyni sıra üzrə getməsi, ticarət karvan yolunun tarixən bu ərazidən keçməsi Yeni Uluxanlı kəndinin qədimliyini söyləməyə imkan verir. İlkin ehtimala görə, kənddəki 7 Qardaş təpəlikləri Azərbaycan ərazisində son tunc, ilk dəmir dövrünə, yəni eramızdan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərinə aid olan kurqanlardır.

Professor Arif Məmmədov bildirib ki, həmin təpəliklərdə təkcə orta əsrlər dövrünə aid saxsı qabların qalıqlarının tapılması, tikinti kərpiclərinin nəzərə çarpması, qara çıraqların aşkarlanması bu ərazidə gur insan yaşayış məskəninin olduğunu göstərir.

Mütəxəssislərin fikrincə, ərazidə arxeoloji tədqiqat işlərinin aparılması olduqca zəruridir. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Salyanda tarixi abidələr 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.