Ölkə

Mənzillərdən oğurluq edən şəxslər ələ keçdi

27 İyun 2017 13:32
0 Şərh     Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı və Biləsuvarda mənzildən oğurluq edən şəxslər saxlanılıb.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, Xətai rayon 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 25-də rayon ərazisində vətəndaşa məxsus evdən 5500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Babək Əsgərov tutulub.
 
Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə iyunun 25-də rayon ərazisində vətəndaşa məxsus evdən 500 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Arif Sadıqov və Zamiq Məhərrəmov saxlanılıblar.
 
Hər bir faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.