Ölkə

Bakının daha bir marşrut xəttinin hərəkəti dəyişdi

20 İyun 2017 12:19
0 Şərh     Baxış: 1 163
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

175 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasına dəyişiklik edilib. 

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a daxil olan xəbərə görə, dəyişikliyə əsasən, 175 nömrəli marşrut xətti üzrə Nobel prospekti, İzzət Orucov küçəsi, Xocalı prospekti ilə hərəkət edən avtobuslar bundan sonra İzzət Orucov küçəsinə daxil olmadan Nobel pr, Nəcəfqulu Rəfiyev küç. Xocalı prospekti ilə hərəkət edəcək. 

Dəyişiklik edilməsi ilə bağlı qərar Nəcəfqulu Rəfiyev küçəsi sakinlərinin Bakı Nəqliyyat Agentliyinə ümvanlanan çoxsaylı müraciətləri nəzərə alınaraq qəbul edilib.

Məlumat üçün bildirək ki, hazırda 175 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar sınaq məqsədi ilə yenilənmiş traektoriya ilə hərəkət edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.