Ölkə

"Azərbaycanda iqtisadi sahədə köklü islahatlar nəzərdə tutulub" - FOTO

20 İyun 2017 11:47
Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan iqtisadiyatın sürətli inkişafı göz qarşısındadır. Son 12 il ərzində iqtisadiyyatın 3.5 dəfə artması qürur duyulan bir haldır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov Sumqayıtda sahibkarlarla görüşdə deyib.

Ə.Əhmədov bildirib ki, bütün bunların hamısı əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirən siyasətin möhtəşəm uğurudur:

"Azərbaycanın inkişafının bütün sahələrinnin kökündə iqtisadi inkişaf dayanr. İqtisadi inkişafın nəticəsində əldə olunan resurlar sayəsində Azərbaycanda yoxsulluğun səviyyəsi aşağı düşüb, əhalinin rifahı yaxşılaşıb, yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizə yenib, əmək haqları, pensiyalar 3 dəfə artıb, qəsəbələr, şəhərlər simasını dəyişib və müasirləşib. Bütün bunların hamısının kökündə iqtisadi inkişaf dayanır. İqtisadi inkiaf olmadan bütün bunlara nail olmaq mümkün olmazdı".

Baş nazirin müavini vurğulayıb ki, bundan sonra nəzərdə tutulan işlərin həyata keçirilməsi yenə də iqtisadi inkiafla bağlıdır:

"Ona görə də cənab Prezident İlham Əliyevin hədəfində iqtisadi inkişaf dayanır. Bu gün Azərbaycanda iqtisadi sahədə köklü islahatlar nəzərdə tutulub. Bu günə qədər biz iqtisadi sahədə təbii resurslara istinad edirdik. Azərbaycan bu günə qədər təbii resurslardan səmərəli istifadə edib. Amma eyni zamanda bundan sonra da iqtisadiyyatın inkişafında yeni bir mərhələ başlayır. Yəni digər resurslar var, bu da iqtisadiyyatın diversifikasiyası, tükənməyən resurslara əsaslanaraq iqtisadiyyatın, iqtisadi inkişafın yeni mərhələsi deməkdir. Bu iş adamlarınnın məsuliyyətini, fəallıq əmsalının yüksəldilməsini tələb edir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.