Ölkə

80-dən çox müəllim işdən çıxarıldı - Nazirlikdən yeni qərar

20 İyun 2017 11:16
1 Şərh     Baxış: 4 111

23 ildir, ibtidai siniflərə dərs deyirəm. İndi diplomumun dövlət nümunəli olmadığı üçün təhsil verə bilməyəcəyimi deyirlər.

Milli.Az xəbər verir ki, bu sözləri Cəlilabad rayonunun Sərhədabad kənd orta məktəbinin müəllimi Aybəniz Əmirova qafqazinfo-ya şikayətində deyib. O bildirib ki, hazırda rayonda 80-dən çox müəllim onunla eyni taleyi yaşayır. Həmkarları ilə birlikdə məhkəməyə müraciət edib işə bərpa edilsələr də, dekabr ayından yenidən işdən çıxarılıblar:

"Biz Elmlər Akademiyasının nəzdindəki Günəş Assosiasiyasının Cəlilabad rayon qızlar kollecində təhsil almışıq. Hazırda diplomların dövlət nümunəli olmadığı üçün işləyə bilməyəcəyimizi deyirlər. Kollec 8 il fəaliyyət göstərib və hər il 30 məzun verib. Bu, hazırda 200-dən çox müəllimin işsiz qalması dməkdir. Bütün sənədlərimiz əlimizdədədir. Bu günə qədər nazirliyin təşkil etdiyi bütün təlimlərdə, imtahanlarda iştirak etmişəm. Diaqnostik qiymətləndirmə imtahanı vermişəm. İndi deyirlər ki, nazirlik bütün nəticələrimizi ləğv edib. Aramızda yüksək titul qazanmış müəllimlər var". 

Müəllimlər Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli ilə də görüşüb. Millət vəkili məsələnin müzakirə edildiyini və müəyyən güzəştlərin oluna biləcəyini bildirib.

Məsələylə bağlı Təhsil Nazirliyinə sorğu göndərsək də, hələ ki, sözügedən mövzu ilə bağlı qurum mövqeyini açıqlamayıb.

Xatırladaq ki, Təhsil Nazirliyinin aparat rəhbəri Fariz Rzayev bir neçə ay əvvəl verdiyi açıqlamasında 1000-ə yaxın müəllimin təhsil sənədinin dövlət nümunəli olmadığını bildirmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    RESid-32 · 20 İyun 13:3431

    Axi biz inkisaf edirik, gunu gunden yeni yeni is yerleri acilir meselen pambiq ekilir bular da gedib pambiq yiqarlar da nolacaq ki? Esas odu islemeye is olsun .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.