Ölkə

Döyüşdə medal alsa da, 2 ildir iş tapa bilmir - "İcra Hakimiyyətindən dedilər ki..." - FOTO

20 İyun 2017 11:16
4 Şərh     Baxış: 2 168

Samux rayon sakini, 23 yaşlı İsbəndiyar Quliyev bir neçə il əvvəl cəbhədə baş verən döyüşdə iştirak edərək medal alsa da, 2 ilə yaxındır iş tapa bilmədiyindən şikayətçidir.

Milli.Az xəbər verir ki, qafqazinfo-ya müraciət edən rayonun Qarbağlar kənd sakini İ.Quliyev deyib ki, 2014-cü il avqustun 1-dən 2-nə keçən gecəki döyüşlərdə iştirak edib: "Qumbaraatan və avtomatla döyüşmüşəm, düşmən əsgərlərini məhv etmişəm. Həm də yaralı əsgərlərimizi və şəhidlərimizi döyüş zonasından daşıyıb çıxarmışam. Buna görə də "Hərbi Xidmətdə Fərqlənməyə görə 3-cü Dərəcəli" medal almışam. 2015-ci ilin yanvar ayında ordudan tərxis olmuşam, o vaxtdan bəri işsizəm. Döyüşlərdə "qranat" atdığım üçün sinir və eşitmə sistemim zədələnmişdi.

Əsgərlikdən gələndən sonra bir neçə ay müalicə olundum. Hazırda atam və anamla birgə yaşayıram. Atam ürəyindən müalicə olunduğu üçün işləyə bilmir. İndi fəhləlik edib günə 7-8 manat qazanıram. Bununla da ailəmi dolandıra bilmirəm. İş üçün Samux Rayon İcra Hakimiyyətinə müraciət etdim. Məni Məşğulluq Xidmətinə göndərdilər. Orada da mənə aylıq 135 manat maaşla dağda tarla sulamaq işi təklif edildi. Daxili İşlər Nazirliyinə müraciət etdim, boyum 174 santimetr olduğu üçün götürmədilər. Hara müraciət edirəmsə, iş tapa bilmirəm".

İ.Quliyev ali təhsili olmadığı üçün iş tapa bilmədiyini, icra hakimiyyətinin ondan diplom tələb etdiyini deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Baku · 20 İyun 11:1930

    Yaziq gencerimiz...iradesi zeif olanlar pis verdiwlere qowulur.gucluler cixiw yoly tapmagda cetinlik cekir

    Cavab yaz
  • Anonim
    Baku · 20 İyun 11:1930

    Can can Allah komek olsun

    Cavab yaz
  • Anonim
    ? · 20 İyun 12:1420

    Pulu olmayanın işi də yoxdu. Bəs DİN boyu hündürləri işə götürür.

    Cavab yaz
  • Anonim
    Legion · 20 İyun 12:4030

    men pawerliftinqde 3-defe azerbaycan, 2-defe avropa cempionuyam. Aqdamda postda xidmet etmiwem, aprel doyuwlerinin iwtirakcisiyam... hec yere iwe goturmuller menide,,,..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.