Ölkə

Azərbaycanda 1 yaşa qədər ölən uşaqların sayı azalıb

20 İyun 2017 09:15
0 Şərh     Baxış: 630

Azərbaycanda 1 yaşa qədər ölən uşaqların sayı azalıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 2010-cu ildə 1843, 2011-ci ildə 1903, 2012-ci ildə 1884, 2013-cü ildə 1862, 2014-cü ildə 1655, 2015-ci ildə isə 2033 nəfər, 2016-cı ildə 1 666 nəfər 1 yaşa qədər uşaq dünyasını dəyişib.

Uşaq ölümlərinin səbəbləri arasında perinatal dövrdə meydana çıxan hallardan ölüm səbəbi birinci yerdə dayanır. Ötən il 1 090 uşaq bu səbəbdən dünyasını dəyişib.

Ötən il tənəffüs sistemi xəstəliklərindən 173, bəzi infeksiyon və parazitar xəstəliklərdən 37, anadangəlmə anomaliyalardan (inkişaf qüsurlarından), deformasiyalar və xromosom pozğunluqlarından 151 nəfər, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin
digər nəticələrindən 7 nəfər 1 yaşa qədər uşaq dünyasını dəyişib.

Ötən il hər 10 000 nəfər diri doğulana bütün səbəblərdən 1 yaşa qədər ölən uşaqların sayına görə 113,6 uşaq düşüb. 2015-ci ildə bu rəqəm 109,5, 2014-cü ildə 102,5, 2013-cü ildə 107,9 olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.