Ölkə

Bakıda kirayə ev narkotik laboratoriyası imiş - YENİLƏNİB - VİDEO - FOTO

19 İyun 2017 21:57
3 Şərh     Baxış: 1 172

17:31

Bakıda sintetik narkotik maddə hazırlayan şəxslər tutulub.

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən sintetik tərkibli narkotik vasitələrin hazırlanması və dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

Daxili İşlər Nazirliyindən (DİN) Milli.Az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində paytaxt sakini Rəsul Hacıyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı 13,042 qram sintetik tərkibli narkotik vasitə hesab olunan kannabinoidlər sinifinə aid güclü psixotrop təsirə malik olan "JWH" adlı narkotik vasitə aşkar olunaraq götürülüb.

Əməliyyat-axtarış tədbirinin davamı olaraq R.Hacıyevlə birlikdə həmin narkotik tərkibli maddələri hazırlayan Bakı şəhər sakini Cabbar Yəhyayev də saxlanılaraq məsuliyyətə cəlb edilib.

Saxlanılan şəxslərin Yasamal rayonunda birgə kirayə yaşadıqları sintetik tərkibli narkotik vasitələri hazırlamaq üçün laboratoriya kimi istifadə etdikləri mənzilə baxış zamanı oradan əlavə olaraq 510 qram qurudulmuş marixuana, 1 kiloqram 421,431 qram "JWH" adlı sintetik narkotik maddə, habelə həmin narkotik vasitələri istehsal etmək üçün istifadə edilən 11 ədəd plastik qabda kimyəvi maye və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Qeyd edək ki, saxlanılan şəxslər məqsədli şəkildə kimyəvi tərkibli narkotik vasitələrin əsasən gənclər arasında təbliğini və satışını təşkil etmək niyyətində olublar. Müştəri tapmaq üçün  R.Hacıyev və C.Yəhyayev özlərini Türkiyə vətəndaşları kimi təqdim edərək qeyd edilən sintetik tərkibli narkotik vasitələri guya xarici ölkələrdən gətirdiklərini bildiriblər. Amma polis əməkdaşlarının ayıq-sayıqlığı və operativ şəkildə həyata keçirilən əməliyyat nəticəsində R.Hacıyev və C.Yəhyayevin bu çirkin niyyətlərinin qarşısı vaxtında alınıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Pünhan Mirzə

Milli.Az

-----------

21:57

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda kirayə ev narkotik laboratoriyası imiş - FOTO

Bakıda ŞOK MƏNZƏRƏ - Kirayə evi narkotik laboratoriyası etdilər

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

3 Şərh:

  • Anonim
    $.$.$. · 19 İyun 17:5510

    sizin kimiləri Bətən xaini elan etmək lazımdir camaatın uşaqlarını pul naminə zəhərləyən ilanlar

    Cavab yaz
  • Anonim
    Ema · 19 İyun 18:0800

    Belenciler ni ye olmurler axl gũl kimi usaqlarl bulaşdlrlar cirkin emelerine

    Cavab yaz
  • Anonim
    nale · 19 İyun 19:4910

    Ne olar olum hokmu qayitsin bele alcaqlar gebersin camaati oldurur bu serefsizler

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.