Ölkə

Dövlət qulluğunda hər vəzifə üzrə 5 ildən bir attestasiya keçiriləcək

19 İyun 2017 14:41
1 Şərh     Baxış: 2 112

Dövlət qulluğunda hər vəzifə üzrə işləyən şəxs hər 5 ildən bir attestasiya imtahanı verəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti" mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.

M.Abbaszadə əlavə edib ki, attestasiya imtahanı işə qəbul imtahanı ilə eyni səviyyədə olan bir imtahan olacaq:

"Əgər şəxs həmin vəzifəyə yenidən təsdiqlənmək üçün imtahan verə bilməsə, bu barədə onun işlədiyi təşkilata məlumat veriləcək".

M.Abbaszadə qeyd edib ki, əgər şəxs sertifikat aldığı vəzifədən daha yüksək vəzifə üzrə işləmək istəyirsə, onda bu şəxslər mütləq yenidən imtahan verərək müsahibə mərhələsindən də keçməlidirlər:

"Əgər vakant yer yaranıbsa, mütləq o, elan olunmalıdır. "Rəhbərliyin məndən xoşu gəlib, yüksək vəzifəyə təyin edir" - fikri doğru deyil. Vakansiyaların elan olunması icra orqanlarının rəhbərlərinin ixtiyarındadır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Elnur Mammadov · 20 İyun 02:3800

    Sağol Məleyka xanım.Çox obyektib insandir.Məndə ali məktəbə məhz Məleykə xanımın zamanında qəbul olunmuşam.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.