Ölkə

Sərxoş kişi polisi ayağa qaldırdı - Sonra üzrxahlıq etdi

19 İyun 2017 10:10
1 Şərh     Baxış: 835

Bakıda maraqlı hadisə baş verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayon Zabrat qəsəbəsi, Şirvan küçəsində yaşayan Faiq Babayev (ad şərtidir) gecə saatlarında Daxili İşlər Nazirliyinin 102 - Qaynar Xəttinə müraciət edib.

O bildirib ki, avtomobilini Qaraçuxur qəsəbəsindəki kafenin qarşısında saxlayıb. Daha sonra kafedən çıxdıqda isə maşının qaçırıldığını görüb. Dərhal polis əməkdaşları axtarışlara başlayıb. Bir neçə saat sonra həmin şəxs yenidən polisə zəng edərək üzrxahlıq edib və maşını evinin həyətində saxlayıb kafeyə getdiyini deyib. Məlum olub ki, F.Babayev polisə müraciət edərkən sərxoş vəziyyətdə olub. Araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

1 Şərh:

  • Anonim
    $.$.$. · 19 İyun 10:1500

    o qədər spirtli icki qəbul edib ki bilmyib ki maşını harda saxlayib ALLAH SİZİN KİMİLƏRƏ AQİL VERSİN .hec olmasa bu orucluq ayı ickiyə bəs deyin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.